Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik
sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin
olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının
qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi
istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin “Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə
olan inzibati xətalar” fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan
Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilmişdir.
Belə ki,
çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə
(ilkin hərbi qeydiyyata alınmalı olan, yaşayış yeri üzrə qeydiyyata alınan və
ya qeydiyyatdan çıxarılan vətəndaşlar, anket məlumatlarının dəyişdirilməsi, barəsində
cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü
haqqında və s.), çağırışçılar və hərbi vəzifəlilərə çağırış barədə məlumatın
verilməməsinə görə vəzifəli və hüquqi şəxslər barədə tətbiq ediləcək inzibati tənbeh
tədbirləri sərtləşdirilib.
Həmçinin,
ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıran, ehtiyata keçirildikdən sonra 7
gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
(bundan sonra-Xidmət) aidiyyəti yerli qurumuna müraciət etməyən vətəndaşlar,
habelə yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi
qeydiyyatdan çıxmayan və olduğu yer üzrə hərbi qeydiyyata durmayan, yaşayış
yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Xidmətin aidiyyəti
yerli qurumuna məlumat verməyən çağırışçılar və hərbi vəzifəlilər haqqında
inzibati tənbeh növündə tətbiq ediləcək sanksiyalar sərtləşdirilib.
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, qanunla nəzərdə
tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə),
hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Xidmətin
yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə
görə çağırışçılar və hərbi vəzifəlilər 300 manatdan 500 manatadək məbləğdə cərimə
edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla
160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmçinin inzibati xətanı
törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti
orqanına – Xidmətin aidiyyəti yerli qurumuna gəldikdə inzibati məsuliyyətdən
azad olunur.
Bununla
yanaşı, bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi
xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə
bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə
əsasən cinayət məsuliyyətinə səbəb olur.
Mövcud
qanunvericilikdə dövlət orqanlarının çağırış prosesinə dəstək verməsi nəzərdə
tutulur. Çağırışçılar və ehtiyatda olan hərbi vəzifəlilərin dəqiq uçotu dövlətin
müdafiə qabiliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Yaşayış yerini dəyişən
çağırışçı və hərbi vəzifəlilərin məlumat verməsi zəruridir. Bu istiqamətdə, eləcə
də müddətli həqiqi hərbi xidmətə, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi
hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırışdan yayınma
hallarının qarşısının alınması sahəsində dövlət nəzarətinin gücləndirilməsi təmin
olunacaqdır.
Mənbə: https://seferberlik.gov.az/az/news/detail/933


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)