Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 1552 layihə təqdim edilib.
“Azərbaycan
müəllimi” xəbər verir ki, daxil olan layihələrin 54-ü (3%) ümumi təhsil müəssisələrinin,
1498-i (97%) təhsilverənlərin fərdi layihələridir.
Cari müsabiqə
iştirakçılarının 676-sı (44%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 18-i
“Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 658-i “Fərdi layihələr”
kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə
və Ağstafadan daxil olub.
Qeyd edək
ki, IX qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin
rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.
Mənbə:



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)