Təhsil İdarələrinin yeni müdirləri barədə qısa məlumat

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

Elm və təhsil nazirinin müvafiq əmri ilə Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Ramin Abasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Sinxron Fənlər Modern.az və “Azərbaycan müəllimi” nə istinadən yeni müdirlərin tərcümeyi-hallarını təqdim edir.

Vüqar Dadaşov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində "Tarix" ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2006-2016-cu illərdə Humanitar təmayüllü "Muğan" liseyində tarix müəllimi, 2016-2020-ci illərdə Salyan rayonu 3 saylı tam orta məktəbin direktoru, 2020–2022-ci illərdə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023–2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib. Bu təyinatadək o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib.

Ramin Abasov 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsində magistratura təhsili alıb. O, 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib. Qeyd edək ki, Abasov Ramin 2022-ci ildən bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.

Həmid Qasımov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində “Fizika” ixtisası üzrə, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə Bakı Mühəndislik Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsili alıb. O, 2008-2015-ci illərdə İsmayıllı rayonu Xəlilli kənd tam orta məktəbində müəllim, daha sonra direktor müavini, 2015-2020-ci illərdə Azərbaycan Tələbələri Birliyində sədr müavini və sədr, 2020-2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş mütəxəssis, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi vəzifələrində çalışıb. Bu təyinatadək o, Dağlıq Şirvan Regional Təhsil İdarəsində müdir müavini işləyib.

Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində “Coğrafiya müəllimliyi (ekoloq)” ixtisası üzrə bakalavr təhsili alıb. O, 2002-2016-cı illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbdə coğrafiya müəllimi, 2016-2019-cu illərdə Biləsuvar rayonu Ağayrı kənd V.Rüstəmov adına tam orta məktəbin direktoru, 2019-2022-ci illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Bəhruz Nəbili 2022-2024-cü illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində işləyib. Bu təyinatadək o, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb.

Rəşad Musayev 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsili alıb. 2002-2005-ci illərdə Təhsil Problemləri İnstitutunda baş metodist, 2005-2006-cı illərdə Nərimanov Rayon Təhsil Şöbəsində metodist, 2006-2019-cu illər Bakı Şəhəri üzrə Təhsil İdarəsində məsləhətçi, 2019-2022-ci illərdə Təhsil Nazirliyində məsləhətçi vəzifələrində çalışıb. Bu təyinatadək o, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri olub.

Mənbə: https://bit.ly/4lFxL7T

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.