Kazan şəhərində “Qızıl Orda” kitabının təqdimatı keçirilib

Tatar Kitab Nəşriyyatı “Altın Urda” / “Qızıl Orda” kitabını nəşr edib. Onun təqdimatı Kazan Noqay mehmanxana kompleksinin Tukay konfrans zalında baş tutub. Kitab Avrasiyanın ən mühüm orta əsr güclərindən birinin - Qızıl Ordanın tarixindən bəhs edir. Kitabda bu dövlətin meydana gəlməsi, formalaşması, yüksəlişi və tənəzzülü mərhələləri ətraflı araşdırılmışdır. Kitab iki dildə, tatar və rus dillərində yazılmışdır. Xəritələr, illüstrasiyalar və arxiv sənədləri də daxil olmaqla geniş məlumat toplusunu özündə ehtiva edir.

Təqdimat zamanı kitabın müəllifi, tarix elmləri namizədi, Kazan Federal Universitetinin dosenti Marat Qatin qeyd edib: Kitabımın tamamilə doğru olduğunu iddia etmirəm, amma bəlkə də yerli tarixlə maraqlanan ekskursiya bələdçiləri özləri üçün yeni məlumatlar tapacaqlar. Belə məlumatlara həmişə dərsliklərdə, məktəblərdə, hətta universitetlərdə rast gəlmək olmur.

Təqdimat zamanı Tatar Kitab Nəşriyyatının baş redaktorunun müavini Venera Şamsutdinova demişdir: -“Ümid edirik ki, bu kitab Qızıl Orda dövrünə marağın artmasına səbəb olacaqdır”.

Görüş zamanı Qızıl Orda irsinin müasir qavranılması və onun vaxtilə ərazisinə daxil olmuş torpaqlarda yaşayan xalqların sonrakı inkişafına təsiri məsələləri müzakirə olunub. Tədbir iştirakçıları kitabın orta əsrlər Avrasiyanın tarixinin öyrənilməsinə marağı gücləndirərək gələcək tədqiqatlara töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

“Təqdimat əslində çox xoş oldu. Musiqili müşayiət rəngarəng və eyni zamanda lakonik idi. Kitab asan dildə yazılmışdır və türk xalqlarının tarixi ilə maraqlanan insanlar üçün öz biliklərini dərinləşdirmək üçün gözəl fürsət olacaq, - deyə təqdimat mərasimini ziyarət edənlərdən biri Malik Abdullayev təəssüratlarını bölüşmüşdür.

Mənbə: https://bit.ly/3Rm0fWm

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.