Regional
təhsil idarələrinə müdir müavinləri təyin olunub.
SinxronFənlər “Azərbaycan
müəllimi” saytına istinadən
məlumat
verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun
müvafiq əmri ilə Aynur Rüstəmova
Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Rahim
Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional
Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar. Gəncə-Daşkəsən
Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinin icrası Elmin Məmmədtağıyevə
həvalə edilib.
Aynur Rüstəmova 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” ixtisası üzrə bakalavriat, 2008-2010-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Filologiya” ixtisası üzrə magistratura səviyyələri üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1998-ci ilə Bakı şəhəri 51 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2006-2022-ci illərdə Bakı Avropa Liseyi, Bakı şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim və təlim-tərbiyə (tədris) işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2022-ci ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışır. A.Rüstəmova bir sıra dərslik, metodiki vəsait və ümmumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş proqramların həmmüəllifi və müəllifi olub. Həmçinin o, bir çox layihələrdə iştirak edib, 2009-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Rahim Novruzov 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2001-2006-cı illərdə Qobustan Rayon Təhsil Şöbəsində metodist, 2006-2022-ci illərdə müxtəlif ümumtəhsil məktəblərində müəllim, direktor, 2022-2024-cü illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsində Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri vəzifələrində çalışıb. 2024-cü ildən həmin idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.
Elmin Məmmədtağıyev bakalavr təhsilini Gəncə Dövlət Universitetinin “Tarix-coğrafiya müəllimliyi” ixtisası üzrə, magistr təhsilini həmin universitetin “Yeni və ən eyni tarix” ixtisası üzrə alıb. Əmək fəaliyyətinə ümumtəhsil müəssisəsində müəllim kimi başlayıb. Kəlbəcər Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati-təşkilat sektorunda məsləhətçi, aparıcı məsləhətçi və sektor müdiri vəzifəsində fəaliyyətini davam etdirib, daha sonra Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri kimi fəaliyyət göstərib.
Mənbə:
Təbrik edirik! 







UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq  Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)