“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil naziri
Emin Əmrullayevin müvafiq əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə
təyin ediliblər.
Vəfa
Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Elm
və Təhsil Nazirliyində baş məsləhətçi vəzifələrində çalışıb. O, 2022-2024-cü illərdə Elm və
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə,
Məktəbəqədər və ümumi təhsil siyasəti şöbələrinin müdiri olub. Qeyd edək ki, Vəfa
Yaqublu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda "Rus dili
və ədəbiyyat müəllimliyi" ixtisası üzrə təhsil alıb.
Arslan Hacıyev 2012-2022-ci bir sıra dövlət
qurumlarında müxtəlif rəhbər vəzifələrdə işləyib. Elm və Təhsil Nazirinin
müvafiq əmri ilə 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsini müdiri vəzifəsinə
təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə
Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində
çalışıb. Qeyd edək ki, Arslan Hacıyev Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində Niderlandın "Maastricht School of
Management" və ADA Universitetində "Beynəlxalq biznes" ixtisası
üzrə təhsilini davam etdirib. Həmçinin
o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrə beynəlxaq sertifikat
("Project Management Professional" (PMP)) əldə edib.
Mənbə: https://muallim.edu.az/news/agentlikde-yeni-teyinatlar-olub-67a1e712026a30edc95afe4d

.jpg)
UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)