Qədim mətni oxu və mükafatı qazan…
Dünyanın ən qədim şəhər sivilizasiyalarından birinin
yaratdığı yazı 150 ildir ki, dilçilərin baş ağrısına səbəb olur. Bu yazı ilk dəfə indiki Pakistan ərazisindəki qədim
Harappa şəhərində sirli bir daş möhürün üzərində aşkar edilmişdir. Nəhayət kodu
sındırmaq ümidi ilə səlahiyyətlilər, “Hind vadisi məktubu”nu (IVS) deşifrə edə
bilən adama 1 milyon dollar mükafat elan etdilər. “Harappa yazısı” kimi də
tanınan bu yazı (IVS), təxminən 5300 il əvvəl Hindistanın şimalında və
Pakistanda yaranmış Hind vadisi sivilizasiyası tərəfindən yaradılmışdır. Möhkəmlənmiş
şəhərləri ilə tanınan bu Tunc dövrü mədəniyyəti müəmmalı şəkildə yoxa çıxana qədər
bir neçə əsrlər boyu çiçəklənmişdir və arxeoloqlara bu qədim insanların necə
yaşadığı və ya necə yoxa çıxmaları barədə bir neçə ipucu buraxmışlar. Yazı1875-ci
ildə Hindistan Arxeoloji Tədqiqatının qurucusu ser Aleksandr Kanningem tərəfindən
tapılmışdır. Daş lövhədə iki ulduz tərəfindən müşayət edilən iki öküz və altə
oxumaq mümkün olmayan simvol təsvir edilmişdir. Kanningem bu simvolları “mütləq
hind yazısı deyil” adlandırmışdı. O vaxtdan bəri, hər birində heyvan təsviri və
qısa simvollar ardıcıllığı olan bir neçə min belə artefakt aşkar edilmişdir.
Tipik olaraq dörd-altı simvoldan ibarət olan bu mətnləri zəhlətökən dərəcədə
qısa olduğuna görə şərh etmək çətindir - heç bir uzun yazı tapılmamışdır. Misir
heroqlifləri kimi digər qədim yazı sistemlərindən fərqli olaraq, “IVS” mətnini
digər tanınmış dillərlə əlaqələndirmək üçün istifadə edilə bilən “Rozetta Daşı”
kimi məlum çoxdilli artefaktlarda tapılmır. Lakin tapılan nümunələrin hamısı
kiçik saxsı qabların və ya ticarətdə istifadə olunan daş möhürlərin üzərində
olduğu üçün onların məzmununun mənəvi anlayışlardan çox məişət fəaliyyətləri və
alqı-satqıları ilə bağlı olduğunu güman etmək olar.Tədqiqatçıların kodu
sındırmasını gözləməkdən yorulan Hindistanın Tamil Nadu əyalətinin baş naziri Mutxuvel
Karunanidxi Stalin “arxeologiya mütəxəssislərini qane edəcək şəkildə məktubu
deşifrə edən şəxslər və təşkilatlar üçün 1 milyon dollar pul mükafatı” elan
edib. Ümid odur ki, bu təşviq 2023-cü ildə başlanmış və eranın 79-cu ildə
Pompey ilə birlikdə vulkan püskürməsi nəticəsində dağıdılan Herkulanumadan yanmış
kitabələrdəki qədim mətnin deşifrə edilməsi üçün oxşar mükafatlar təklif edən “Vezuvi
Çağırışı” kimi uğurlu olacaqdır. Herkulanuma vəziyyətində, mətn məlum bir dildə
- latın dilində idi, lakin püskürmə nəticəsində yaranan istilik nəticəsində
kömürləşdikdən sonra oxunmaz hala düşmüşdü. Müsabiqənin elan olunduğu
bir il ərzində baş mükafat süni intellektdən istifadə edərək vərəqlərə zərər
vermədən mətni yenidən qurmaq 
iştirakçılar komandas nail olub. Onlar yeməyin ləzzətləri haqqında fəlsəfi
düşüncələri ehtiva edən bir parçanı oxuya biliblər. Əgər Mutxuvel Karunanidxi Stalinin
müsabiqəsi öz qalibini taparsa, o, 5000 il əvvəl minoslular tərəfindən
yaradılmış sirli “Xətti A” sistemi də daxil olmaqla, bir çox qədim həll
olunmamış mətnləri deşifrə etməyə yönəlmiş digər vətəndaş elmi təşəbbüslərini
ruhlandıra bilər. Krit adasındakı bu əfsanəvi Tunc dövrü sivilizasiyası tez-tez
Avropanın ilk savadlı mədəniyyəti kimi xatırlanır, lakin onun yazısı açılmamış
qalır. Planetin digər tərəfində, Pasxa adasındakı taxta artefaktlarda tapılan
“ronqo-ronqo” işarələri hər hansı məlum yazı sisteminə bənzəməməsi ilə dilçiləri
çaşdırır.  “240 səhifəlik Voyniç əlyazması”
dünyada deşifrə edilməmiş mətnin ən məşhur nümunələrindən biridir. Bu sirli
kitabın təxminən 500 il əvvəl Avropada yazıldığı güman edilir və o,
astronomiyadan botanikaya qədər hər şeyi əhatə edir, lakin heç kim orada tam
olaraq nə yazıldığını bilmir.
Mənbə: https://bit.ly/3WBhy8U
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
 
 



 UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq  Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)
UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq  Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)