NASA insanları Marsa daha sürətli çatdırmaq üçün nüvə termal raket texnologiyasını sınaqdan keçirib.
“Azərbaycan
müəllimi” newsnationnow.com-a istinadən xəbər verir ki, NASA-nın Marşal Kosmik
Uçuş Mərkəzində yeni reaktor yanacağı uğurla sınaqdan keçirilib. Bu texnologiya
insanları Marsa aparma müddətini xeyli azalda bilər. Nüvə termal raket (NTP) texnologiyası Marsa hazırkı altı
aylıq uçuş müddətini cəmi 45 günə endirə bilər. Bu barədə NASA ilə birlikdə NTP sisteminin
yanacağını hazırlayan General Atomics Electromagnetic Systems (GA-EMS) şirkəti
məlumat verib. GA-EMS-in prezidenti Skot
Forni bildirib ki, bu sınaqlar NTP reaktorları üçün yanacaq dizaynının uğurla
nümayiş etdirilməsi baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, bu
texnologiyanın gələcəkdə kosmosun dərinliklərinə və Aya təhlükəsiz səfərlər
üçün faydalı olacaq. NASA-nın bu sınaqları həm də yanacağın kosmosun ekstremal
şəraitinə dözümlülüyünü yoxlamaq məqsədi daşıyıb. GA-EMS-in nüvə
texnologiyaları üzrə vitse-prezidenti Kristina Bak isə bildirib ki, NASA-nın
Marşal Mərkəzində ilk dəfə olaraq xüsusi bir test qurğusunda yanacağın yüksək
temperaturda sabitliyini uğurla yoxlamaq mümkün olub. Qeyd edək ki, indiyədək
heç bir insan Marsa ayaq basmayıb. Lakin robotlar artıq 25 ildən çoxdur ki, Qırmızı planetin səthini
araşdırır. Bunun əsas səbəbi Marsın Yerə uzaq olmasıdır – ortalama 140 milyon mil
(225 milyon km) məsafədə yerləşir. Bütün
çətinliklərə baxmayaraq, NASA 2030-cu illərdə Marsa astronavt göndərməyi
planlaşdırır və bu yeni texnologiya bu məqsədə çatmağı sürətləndirə bilər.
Mənbə: https://bit.ly/4jO573m


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)