Əhaliyə göstərilən bəzi xidmətlərin tarifi dəyişib


Əhaliyə göstərilən bəzi xidmətlərin tarifi dəyişib

Belə ki, istiliklə təhcizat, təbii qazın ölkədaxili tənzimlənməsi, elektrik enerjisinin ölkədaxili tənzimlənməsi, suyun ölkədaxili tənzimlənməsi və dərmanların qiymətləri barədə dəyişikliklər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri cənab Mikayıl Cababrov QƏRARlar imzalamışdır:                                                            

Əhali üzrə aylıq istehlak həcmi:

- 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;

- 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;

- 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:

- 65% abonent üzrə - 45 qəpik,

- 20% abonent üzrə - 1 manat 33 qəpik,

- 15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.

Qaz:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

- 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

- 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

- 1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.

- 48% abonent üzrə - 32 qəpik,

- 39% abonent üzrə - 1 manat 43 qəpik,

- 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

https://tariff.gov.az/post/azeristiliktechizat-asc-terefinden-gosterilen-xidmetin-tarifinin-tenzimlenmesi-barede

https://tariff.gov.az/post/tebii-qazin-olkedaxili-tariflerinin-tenzimlenmesi-barede

https://tariff.gov.az/post/elektrik-enerjisinin-olkedaxili-tariflerinin-tenzimlenmesi-barede

Daha ətraflı: 

https://tariff.gov.az/post/bir-sira-kommunal-xidmetler-ve-derman-vasiteleri-uzre-qiymetler-mueyyenlesdirilib

 https://tariff.gov.az/ 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.