Şübhəsiz
ki, hər bir müəllim eyni paralel bir neçə sinif üçün yeni materialı öyrədərkən
tutuquşu kimi eyni sözləri dərsdən dərsə təkrar etməli olduğunu bilir. Cədvəldə
dərslər bir-birinin ardınca gəlirsə, ard-arda bir neçə dərsdə eyni sözləri söyləmək
lazımdır! Ancaq bu problemi
birdəfəlik həll edəcək bir yol da vardır. Gəlin
müəllimin dərsdən dərsə eyni sözləri təkrarlamaqdan yorulduğu halda nə etməli
olduğunu, həmçinin yeni materialın öyrənilməsi mərhələsini hazırlayarkən və həyata
keçirərkən daha az enerji və əsəb sərf etməli olduğunu aydınlaşdıraq. Əgər yeni
materialın öyrənilməsinə ildə 60 saat ayrılırsa bu, bir sinif üçün 60 izahat
deməkdir. Bir neçə dərsiniz varsa, məsələn, 4 saat, onları həftədə 4 dəfə təkrar
etməlisiniz. Bu isə artıq 240 izah deməkdir. Paralel siniflər üzrə cədvəldəki dərslər
bir-birinin ardınca gedirsə, ard-arda 4 dərs eyni şeyi söyləmək lazımdır! Materialı
öyrənərkən və ya təkrarlayarkən, hazır video dərslərdən, slaydlardan və qeydlərdən
istifadə etmək olar. Belə hazırladığınız dərslər mövzunu aydın və əlçatan
formada izah etməyə kömək edəcəkdir. Eləcə də belə dərslər şagirdi onun
dinamikası və təqdimatı ilə maraqlandıracaq materiallardan ibarətdir. Qeydlər
illüstrasiyalı dərsliyin səhifələrinə bənzəyir, onun köməyi ilə materialı təkrarlamaq,
dərslərə hazırlaşmaq, lazımi məlumatları tapmaq və aydınlaşdırmaq asan və olduqca
rahatdır.
Bunun üçün müəllim əvvəlcədən dərslərini özü
hazırladığı plana uyğun qurmalıdır. Dərs materialları videodərslər, PowerPoint-də
hazırladığı slaydlar və müəyyən qeydlər hazırlanır. Hər bir dərs dövlət
standartlarına uyğun olmalıdır. Nəhayət tərəfinizdən hazırlanmış hazır dərsləri
(P.S. Bu zaman paralel sinifləri və hər bir sinifin xüsusiyyətlərini hökmən müəllim
nəzərə almalıdır) komputerinizdə saxlamaqla və ya Flaş karta atmaqla istədiyiniz
sinifdə dərslərinizi rahat olaraq keçə biləcəksiniz. Heç şübhəsiz ki, məktəbdə
lazımi avadanlıqlar və şərait varsa...
Hörmətli həmkarlar hər birinizə fəaliyyətinizdə
uğurlar arzulayıram.
Nümunə üçün tərəfimdən hazırlanmış 7 sinif Azərbaycan
tarixindən “Slavyanların hücumları” mövzusunun slayd formasının və həmin
mövzuda keçdiyim nümunəvi dərsimin videosunun linklərini burada yerləşdirirəm:
Bu mənim YouTube kanalım:
https://www.youtube.com/@SeyyubAsadov
Bu isə Azərbaycan
tarixindən “Slavyanların hücumları” mövzusunda keçdiyim nümunəvi dərsimin slayd
və videosunun linkləri:
https://youtu.be/sT_OAktv7lo?si=8jLEFfHz8URG1hf-
https://youtu.be/BCY-fbld_m8?si=NX4XNGOfCXlqzPvN
https://youtu.be/g9PN_tF8DHU?si=NdljZSMtWEFvMd4i


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)