17-18 yanvar
tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə
həsr olunmuş xüsusi dərslər keçiriləcək. Bu barədə elm və təhsil nazirinin
müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə
bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib. Plana əsasən,
təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin,
ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi
masa"ların keçirilməsi nəzərdə tutulur.
Mənbə: https://edu.gov.az/az/news-and-updates/21843-1


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)