20 yanvar 1990-cı il: 35 il bundan əvvəl …


 

Ümummilli lider Heydər Əliyev demişdir: - “…Tariximizi, milli dəyərlərimizi bilməyən gənc vətənpərvər ola bilməz”.

 Görkəmli Azərbaycan mütəfəkkiri Sultan Məcid Qənizadənin belə bir kəlamı vardır: - Vətəni özünə dogma bilən insanlar tərbiyə etməyi bacarırıqsa, insanların  xoşbəxtliyini təmin etmək mümkündür”.

Bəzən Qanlı Yanvar və ya Qara Yanvar faciəsi adlandırılan bu hadisə  - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində keçmiş SSRİ-nin qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş;  hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım və milis işçiləri olmuşdur. Qanlı Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq, xalqımızın gözünü qorxutmaq məqsədi daşımışdır:

Qərənfil - şəhid qanı!

Qan götürdü dünyanı...

Ağla, inlət meydanı,

Ağla, qərənfil, ağla!

Vətəni özünə dogma bilənlərdən biri də Tahir Bağırov olmuşdur. …..

   Tahir Əminağa oğlu Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. Şirvan şəhərində (köhnə 11 nömrəli məktəb) 1974-cü ildə 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdi. 1977-79-cu illərdə hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində nəqliyyat sexində işləmişdir. Tahir Bagırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmişdi. Qarabağda erməni faşistlərinə qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir. 1992-ci il 11 oktyabrda gedən döyüşlərdə gizir Tahir Bağırov qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Doğma Şirvan şəhərində yaşadığı küçəyə və 11 saylı tam orta məktəbə, eləcə də Bakı şəhərindəki 59 saylı orta məktəbə onun adı verilmişdir.

 Hörmətli yurddaşlar!

     II Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsi oldu. Ordumuz döyüş meydanında tarixi ədaləti bərpa etdi. Belə bir məsəl var: “ Azərbaycan cənnət ölkə, Qarabağ isə onun tacıdır”. 2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 10-na qədər tariximizin ən şanlı, ən qürurverici səhifələrini yaşadıq. Xalqımızın ürəyi bu 44 gündə bir amal, bir məqsəd üçün döyünürdü. Hər bir Azərbaycan vətəndaşı vətəninə, dogma yurduna və ailəsinə dərin hörmət etməyi özünə borc bilməlidir. Vətən uğrunda öz sağlamlıqlarını itirənlər və əziz canlarından keçənlər heç vaxt unudulmamalıdır! Azərbaycanın bütövlüyü uğrunda öz əziz canlarından keçən bütün şəhidlərimizi dərin hörmətlə anır, onlara Ulu Yaradandan rəhmət diləyirəm.

Qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi 

Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən əvvəl etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni sosial həyat sürməsi lazımdır. Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki, mədəniyyətinə təsir edə bilməmişdir. 1990-cı il yanvarın 19-dan 20- nə keçən gecə xalqımıza qarşı törədilən qanlı qırğından 32 il keçir. Bu hadisə Azərbaycan xalqının və bütün tərəqqipərvər, sülhsevər bəşəriyyətin tarixinə əsrin ən qanlı hadisələrindən biri kimi düşmüşdür.

Vətən uğrunda öz sağlamlıqlarını və əziz canlarından keçənlər heç vaxt unudulmamalıdır!

Azərbaycanın bütövlüyü uğrunda öz əziz canlarından keçən bütün şəhidlərimizi dərin hörmətlə anır, onlara Ulu Yaradandan rəhmət diləyirəm.

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.