Azərbaycanda
“Hərbi
vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Moderator.az
milli.az-a istinadən 4 vacib dəyişikliyi təqdim edir:
1. Həqiqi hərbi
xidmətkeçmədə son yaş həddi aşağı endirilir.
Dəyişikliyə əsasən,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər
və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
2. Azərbaycanda
dinc dövrdə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək
ehtiyata keçirilməsi halları müəyyən edilir.
Dinc dövrdə
aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək
ehtiyata keçirilirlər:
- fəlsəfə
doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
- sağlamlıq vəziyyətinə
görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud
yararlı sayılmış çağırışçılar;
- 30 yaşı tamam
olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş
çağırışçılar;
- alternativ
xidmət keçməyə göndərilmiş çağırışçılar;
3. Sağlamlıq vəziyyətinə
görə çağırışa möhlət verilməsi qaydası dəyişir.
Qüvvədə olan
qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud
yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər
3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Layihəyə əsasən,
sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət
müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü
üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına
çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.
4. Orta ixtisas
təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta
təhsil almamış çağırışçılara möhlət veriləcək yaş həddi dəyişir.
Qüvvədə olan
qanuna əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə
daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 22 yaşınadək bir dəfə
möhlət verilir. Layihəyə əsasən, bu yaş həddi 21-ə endirilir. Başqa sözlə, orta
ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər
tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək bir dəfə möhlət veriləcək.
Mənbə: https://bit.ly/4gAuQKo


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)