Halal pul qazanan Əhməd

Halal pul qazanan Əhməd (nə vaxtsa yadımda qalan, oxuduqlarımdan) ...

P.S. İndi belə yazıları oxumurlar heç....

       Keçmiş dövrlərdə Əhməd adlı bir cavan var imiş. O, çox tənbəl imiş. İşləməz, gününü ata və anasının verdiyi pulla keçirər, dünya malından heç ehtiyac duymarmış.

 Günlərin bir günü ata hirslənib oğluna deyir:

- Oğul bu gündən sənə heç kim pul verməyəcəkdir. Özün qazanmağı öyrənməlisən.....

Əhməd səhər tezdən atasını işə yola salır. Anası ona pul və yemək verərək deyir:

- Ay bala, get kəndin kənarında gününü keçir. Axşam evə gələndə verdiyim pulu atana ver de ki, özüm qazanmışam. ...

Əhməd elə də edir...

Ata pulu ovcunun içinə alaraq baxır və pulu yanan ocağın içinə atıb söyləyir:

- Yox bu pulu sən qazanmamısan... Əhməd heç pulun dalınca belə baxmır....

Ata yenə də eyni sözləri söyləyir:

-  Oğul bu gündən sənə heç kim pul verməyəcəkdir. Özün qazanmağı öyrənməlisən....

Bu hadisə bir-neçə dəfə təkrar olunur və hər dəfə ata pulu ocağa atır və hər dəfə də Əhməd buna əhəmiyyət vermirdi....

Ən sonda ana öz oğluna deyir:

- Bala atanı artıq aldatmaq olmaz. O öz dediyini edəcəkdir. Sən gərək həqiqətən də pul qazanmağı öyrənməlisən. Get işlə.... pul qazan, ....

     Əhməd naəlac qalıb gedib cürəbəcür işlər yerinə yetirərək öz zəhməti ilə pul qazanır. Axşam yorğun evə dönən Əhməd cibindən halal qazandığı qəpik-quruşu çıxararaq atasına deyir:

- Ata bax, bu pulları bu dəfə özüm qazanmışam. Ata pullara baxır və yenə də əvvəlki günlərdə olduğu kimi yanan ocağa ataraq eyni sözü deyir....

Bu dəfə Əhməd göz yaşlarını saxlamayaraq tez əlini uzadıb ocaqdan qəpikləri çıxarır və deyir:

 - Ata, sən nə edirsən? Bu pulları mən səhərdən - axşama qədər müxtəlif işləri görərək qazanmışam. Öz halal zəhmətimlə...

Ata:- Bax indi bildim ki, bu, qazandığın PUL halaldır.!

------------------------------------------------------------------------------------------

Əsədov Seyyub Əsəd oğlu:

Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad: https://multiurok.ru/files/halal-pul-qazanan-hm-d.html

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.