Salam hörmətli müəllim həmkarlar!
Hər yeni il ümidlər, təbəssümlər və parlaq hadisələrlə
dolu yeni bir fəsildir. Fəaliyyəti enerji və ilham tələb edən müəllimlər üçün hər
gün yaxşı əhval-ruhiyyəni saxlamaq olduqca vacibdir.
Sizə təqdim edilən təqvimin hər səhifəsində məktəb
və müəllim həyatına həsr olunmuş məzəli illüstrasiyalar və zarafatlar tapa bilərsiniz.
Bu təqvim təkcə iş masanızı bəzəməyəcək, həm də sizə yaxşı əhval-ruhiyyə bəxş
edəcəkdir. Sizin üçün rahat olsun deyə, təqvimi hər birində iki ay olmaqla altı
vərəqə bölmüşük. Çap edin, kontur boyunca qatlayın və yuxarı hissəsində dəqiqliklə
dəliklər açın. Belə etsəniz, siz təkcə təqvim deyil, həm də bir növ qələmqabı əldə
etmiş olacaqsınız. Bu təqvim həm də həmkarlarınız üçün orijinal Yeni il hədiyyəsi
ola bilər...
Hörmətli həmkarlar!
Qoy qarşıdan gələn 2025-ci il sizin üçün xoş
sürprizlər və sevincli kəşflər ili olsun. Sizlərə cansağlığı, tükənməz ilham,
şagird və həmkarlarınızla qarşılıqlı anlaşma, həmçinin gülüş və təbəssüm üçün
çoxlu səbəblər arzulayırıq. Qoy yeni ilin hər günü sizlərə yaxşı əhval-ruhiyyə gətirsin
və bu təqvim sizə ən çətin tapşırıqların təbəssümlə daha asan həll oluna biləcəyini
xatırlatsın.
Yeni iliniz mübarək, əziz müəllimlər! Siz dünyanı
daha yaxşı edirsiniz, arzu edirik dünya da sizlərə ürəyinizcə versin!
2025-ci il üçün “Əyləncəli Təqvim”i buradan endirin:
https://videouroki.net/blog/vsiem-uchitieliam-viesiolyi-kaliendar-na-2025-ghod.html
Hörmətlə, “İnternetdə video dərslər” komandası.
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına
11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad: https://multiurok.ru/files/2025-ci-il-ucun-yl-nc-li-t-qvim.html