Noyabrın
29-da elm və təhsil naziri Emin Əmrullayev Neftçala şəhərində vətəndaş qəbulu
keçirib. Qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri
iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət
edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi,
işlə təmin olunma, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə
bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları
dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin
qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə
tapşırıqlar verib.
Mənbə:https://edu.gov.az/az/news-and-updates/21751-1


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)