Məlumdur ki, ölkəmiz 2024-cü ili “Yaşıl dünya naminə
həmrəylik ili” elan edib. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən
biridir. COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı deməkdir. Adındakı
29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. COP29-un bir sıra iqlim dəyişikliyi
məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət
rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük
bir tədbirdir.
2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması
qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri,
xarici işlər, ətraf mühit nazirləri imzalayıb.
COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi
olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə
olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.
COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim
böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.
Dostlar “Yaşıl Dünya naminə həmrəylik” ilində hər
birinizə uğurlar arzulayıram.
#COP #COP29 #Azerbaijan #YaşılDünyaNaminəHəmrəylikİli #BirlikdəDünyamızıQoruyaq