Yeni
lazer texnologiyası əsrlər boyu sıx cəngəlliklə əhatə olunmuş
nəhəng Maya metropolu olan Valeriananı üzə çıxarmışdır. Əsrlər boyu Meksikanın
Kampeçe əyalətinin sıx cəngəllikləri Maya sivilizasiyasının ən yaxşı qorunan
sirlərindən birini gizlədirmiş. Yağışlı meşələrinin altında torpaqla örtülmüş, unudulmuş və
zamanın mərhəmətinə buraxılmış qədim plazalar, piramidalar və yolları olan şəhər yerləşir. Min ildən
artıqdır ki, indi Valeriana adlanan bu şəhər piramidalarının ən hündürlüyünü
belə cırtdan edən qalın yarpaqlarla gizlənmiş və görünməz qalmışdır. Sonra lazer meşəni
yoxladı. Tədqiqatçılar 18 kvadrat kilometrdən çox uzanan və piramida məbədləri,
mərasim meydanları,
geniş
evlər və yollar şəbəkəsini özündə birləşdirən Valeriananı kəşf etdilər. Bütün bunlar “LIDAR”
(Light Detection and Ranging) kimi tanınan lazer xəritəçəkmə
texnologiyası sayəsində baş vermişdir.
“LIDAR”
nə görə bilər?
ABŞ-ın
Tuleyna Universitetinin aspirantı Lyuk Old-Tomas arxeologiyanın ən qədim məqsədlərindən
birinə yeni bir yanaşma haqqında düşünürdü, bu keçmişin gizli sirlərini
açmaq idi.
O bilirdi ki, bir çox qədim şəhərlər hələ də Mərkəzi Amerikanın cəngəllikləri
altında gizlin qalır. Onları
aşkar etmək üçün vasitələrin artıq mövcudluğundan da xəbərdar idi. “Uzun müddətdir ki, bizim Maya
sivilizasiyasının nümunəsi cəmi bir neçə yüz kvadrat kilometrdən ibarət idi” deyir Old-Tomas. “Belə nümunələr, 1500 il əvvəl kiminsə evi ola biləcək
bir daş yığınının üzərində dayanıb dayanmadığını görmək üçün hər kvadrat metri əziyyətlə
gəzən, bitki örtüyünü maçeta ilə kəsən arxeoloqlar tərəfindən əziyyətlə əldə
edilirdi”. Bu dəfə kəşf
balta ilə deyil, işıq şüaları ilə oldu. 2013-cü ildən ekoloji layihə meşə
sıxlığını, karbon ehtiyatlarını və mühafizəsini izləmək üçün lazer xəritəçəkmə
həyata keçir. “LIDAR” (Light Detection and Ranging) adlanan texnologiya mürəkkəb
3D xəritələr yaratmaq üçün meşə örtüyündən və yerdən uçan təyyarələrdən
impulslu lazerlər buraxır. Əvvəlcə buludları öyrənmək üçün istifadə edilən (
indi avtonom avtomobillərdə geniş istifadə olunur) “LIDAR” son illərdə
arxeologiyada bir sıçrayış etdi və maçetanın çata bilmədiyi şeyləri kəşf etmək
üçün bir yol təqdim etdi. Bu il “LIDAR”dan istifadə edərək daha bir heyrətamiz
kəşf edildi: arxeoloqlar Amazondakı Upano vadisində nəhəng yaşayış məntəqəsi
aşkar etdilər.
Maya
şəhəri təsadüfən kəşf edildi
Xüsusilə diqqəti çəkən odur ki, Valeriananın kəşfi
“təsadüfən” baş verib. “Mən Google axtarışının 16-cı səhifəsində idim və
Meksikanın ətraf mühitin monitorinqi təşkilatı tərəfindən aparılan lazer
sorğusunu tapdım” deyir Old-Tomas. Tomas
bu fürsətdən isitfadə edərək onu sınamağa qərar verdi. O, Tuleyna
Universitetindəki və Meksikanın Milli Antropologiya və Tarix İnstitutundakı həmkarları
ilə birlikdə sıx Kempeçe massivindən 2013-cü il “LIDAR” məlumatlarını yenidən
işlədi. Budur, nəticə göz qabağındadır. Bu şəhər bir vaxtlar siyasi və mərasim
mərkəzi olmuşdur. Qədim yaşayış məntəqəsi yaxınlıqdakı yerin adı ilə
adlandırılıb və əhali sayına görə qədim Latın Amerikasında ən böyük Mayya şəhəri
hesab edilən Kalakmuldan sonra ikinci yerdədir. Valeriana yalnız kiçik bir qəsəbə
və ya kənd forpostu deyil; dəbdəbəli şəhər həyatının bütün əlamətlərinə malik
klassik Maya siyasi paytaxtı olmuşdur. Ən azı 18 kvadrat kilometr əraziyə
yayılan şəhərə yollar şəbəkəsi, piramida məbədləri, meydanlar, mövsümi su
axarının bəndləri ilə tikilmiş nəhəng su anbarı daxildir. Üstəlik, şəhərdə
mayyalıların eradan əvvəl 150-ci ildən də qədim yaranma tarixini göstərə bilən
mərasim tədbirləri ilə əlaqələndirdiyi unikal memarlıq xüsusiyyəti olan “Qrup E”
vardır. Havadan “LIDAR” skanları rentgenin skeleti aşkar etdiyi kimi
strukturları aşkar etmişdir. “Biz yalnız kənd yerləri və kiçik icmalar
tapmadıq” deyə Old-Tomas bildirir. “Biz həm də ərazidəki yeganə magistral yolun
düz yanında piramidaları olan böyük bir şəhər tapdıq... Hökumətin bundan xəbəri
olmayıb, elmi ictimaiyyətin də bundan xəbəri olmayıb. Bu, həqiqətən bir məqamı
vurğulayır ki, biz hələ hər şeyi tapmamışıq və hələ kəşf ediləcək çox şey var”.
Həqiqətən, Valeriana hekayənin yalnız bir hissəsidir. Tədqiqatçılar 120 kvadrat
kilometr ərazidə 6700-dən çox İspanyaqədərki tikili aşkar edərək, Maya
sivilizasiyasının kənd təbiəti ilə bağlı fərziyyələrə meydan oxuyan o qədər sıx
məskunlaşan bir bölgəni ortaya qoymuşlar. Hər kvadrat kilometrə 55 struktur
bina sıxlığı ilə Kampeçenin bu ərazisi
Qvatemala və Belizdəki digər sıx məskunlaşan Maya şəhərləri ilə rəqabət aparır.
Maya
haqqında yeni baxışlar
Valeriana kimi kəşflər Mayya haqqında anlayışımıza
yeni təfərrüatlar əlavə edərək, geniş miqyaslı şəhərsalma və intensiv kənd təsərrüfatına
qadir bir sivilizasiya nümayiş etdirir. Terraslar, divarlar və su idarəetmə
strukturları minlərlə sakinin yaşamasından
və çoxlu məhsuldan xəbər verir. Bu, günümüzün mürəkkəb şəhər mənzərələrini
xatırladan keçmişə baxışdır. Tədqiqat qrupu Valeriananın qədim ərazilərini və
yollarını birləşdirərkən, Maya “qızıl dövrü”ndə həyatın necə göründüyünə dair
yeni ipuçu tapdı. Alimlər mayyaların ilk növbədə təcrid olunmuş kənd
icmalarında yaşadıqlarını təsəvvür etməyə öyrəşiblər. Bununla belə, Valeriana
kimi şəhərlər tamamilə fərqli bir şey təklif edir - o dövrdə nisbətən böyük bir
əhalini təmin etmək üçün nəzərdə tutulmuş mürəkkəb su və kənd təsərrüfatı
sistemləri ilə sıx, bir-biri ilə əlaqəli mərkəzlər olmuşdur. Valeriananın ən
inkişaf etmiş vaxtında 50.000 nəfərə qədər əhalisi olmuşdur. Növbəti addım qazıntılara
başlamaqdır. Valeriananın hekayəsi yeni başlayır.
Tədqiqatçılar, inanılmaz dərəcədə təfərrüatlı olsa da, dəqiq tarixləri və ya strukturların
məqsədini təmin edə bilməyən “LIDAR”ın çəkdiyi şəkilləri qazıb yoxlamağa ümid edirlər.
Bəzi strukturlar yaşayış binaları olmaya bilər, lakin ola bilər ki, bu tikililər sosial strukturun anlayışına
potensial olaraq təsir edən başqa funksiyaları yerinə yetirirmişdir. Təsəvvür
edin ki, Maya ovalığı daha yüzlərlə oxşar yerləri özündə gizlədə bilər. Tomas
kimi arxeoloqlar üçün Valeriana yalnız bir mənzərədə kəşf olunmağı gözləyən bir
şəhərdir. Bu, səthin altında hələ də nə qədər şeyin gizləndiyini öyrənmək
vaxtıdır.
Mənbə: https://bit.ly/4faiGY8
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:
https://multiurok.ru/files/six-c-ng-llikd-itirilmis-maya-s-h-ri-lazer-x-rit-c.html