Uğursuz ilk kəşfçi: Xristofor Kolumb haqqında heç vaxt eşitmədiyiniz 8 fakt

 

Xristofor Kolumb (lat. Christophorus Columbus, it. Cristoforo Colombo, isp. Cristóbal Colón).

12 oktyabr 1492-ci ildə Xristofor Kolumbun ekspedisiyası San Salvador adasına çatdı. Bu günü avropalılar Amerikanın kəşf günü kimi qəbul etmişlər.

Avropalılar üçün dünyanın yarısını kəşf edən Xristofor Kolumb nadir bir uğursuz idi. O, təkcə ad və imtiyazlarını itirmədi, bütün ömrünü, tapdığının əslində tapdığı şey olmadığına inandı.

I.Hərbi vəftiz (xaç suyuna salınma)

Gənc Xristofor Kolumbun yun toxuyanlardan dənizçilərə qədər “yenidən hazırlanması” qərarı onun həyatı bahasına başa gəldi. 1476-cı ildə 25 yaşlı genuyalının olduğu ticarət gəmisi dəniz quldurları tərəfindən batırılır və yaralı Kolumb Portuqaliya sahillərinə  çətinliklə üzərək çatır.

II.Üç qız

İlk ekspedisiyanın gəmiləri dərsliklərdə deyilənlərdən fərqli adlanırdı - “Santa Maria”, “Pinta” və “Nina”. Dənizçilər “Santa Klara” karavellasına “Nina” (“körpə”) ləqəbini onun sahibi Xuan Ninanın soyadına görə veriblər. Pinta adının haradan götürülməsi məlum deyil, lakin onun ləqəbi “boyanmış” deməkdir. “La Gallega” (“Qalisiya”, gəminin tikildiyi yerin adına görə) Müqəddəs Məryəmin şərəfinə “Santa Maria” adlandırıldı.

III.Hüquqi, lakin heç də yox

X. Kolumb Portuqaliyada keçmiş toxucu Porto Santo adasının ilk qubernatorunun qızı Filipa Moniz de Perestrelo ilə uğurla evlənir. Qadının ölümündən sonra oğlu ilə İspaniyaya köçür. Burada kəndli qızı Beatriz Enrikes de Arana ilə tanış olur və bu qadından ikinci oğlu doğulur. Kolumb heç vaxt onunla münasibətlərini qanuniləşdirmədi, adi bir adamla evliliyin saraydakı nüfuzuna xələl gətirəcəyindən qorxurdu.

IV. Oğurlanmış şöhrət

Kolumbun adını əyalət, federal dairə, kinostudiya, hətta şattl daşıyır. Təkcə onun adını kəşf etdiyi qitələr daşımır. Qitələrə ad vermək şərəfi Atlantik okeanı boyunca ekspedisiyaların sıravi iştirakçısı Ameriqo Vespuçiyə nəsib oldu. 1503-1504-cü illərdə dostlarına yazdığı məktublarda o, kəşf edilmiş torpaqların dünyanın yeni bir hissəsi olduğunu ilk irəli sürənlərdən biri idi. Ömrünün sonuna qədər Kolumb Hindistana gedən dəniz yolunu kəşf etdiyinə əmin olmuşdur.

V. Yeni söz

Ekspedisiyadan Kolumb “adamyeyənlər”(“hanniballar”) sözünü gətirdi: o, adamyeyən hesab etdiyi yerliləri belə adlandırdı. Bir neçə dilə daxil olan söz fonemik xətanın nəticəsidir. Kolumbun eşitdiyi kimi “Caniba”, əslində isə “Karib” Kuba sakinlərinin düşmən qəbilə adlandırdıqları ad idi. Bu termin Şekspir üçün faydalı oldui: belə bir versiya var ki, “Fırtına” tamaşasındakı Kaliban adı “adamyeyən” sözünün anaqramıdır.

VI.Qiymətləndirilməmiş xəzinə

Amerika qitəsindən gətirilən kartof gözəl çiçəklərinə görə ilk dəfə Avropada yetişdirilib və günəbaxan da dekorativ hesab edilib. Onun toxumlarından sıxmaqla yağ almaq isə XVIII əsrdə ilk dəfə ingilislərin ağlına gəlib. Lakin bu təcrübə XIX əsrdə rus kəndlisi, qraf Şeremetyevin təhkimçisi Daniil Bokarev tərəfindən kommersiya baxımından uğurlu olmuşdur.

VII.Əməkdar məhbus

Kolumbu sevməyənlər ona “ağcaqanadların admiralı” ləqəbini vermişdilər. Bahalı ekspedisiyalar İspan taxt-tacına qiymətli Asiya ədviyyatları gətirmədi,  az qızıl tapıldı və hindli qullara tələbat da yox idi. İspaniyadan gələn auditor Kolumbu kəşf edilmiş torpaqların naibi vəzifəsindən uzaqlaşdırdı və o zəncirlənərək  metropolisə göndərildi. Orada  dənizçi azad edildi, lakin onun imtiyazları və səlahiyyətləri geri qaytarılmadı. Kolumb o qədər məyus oldu ki, qandalları özü ilə qəbrinə qoymağı vəsiyyət etdi. Məhşur dənizçi ispanların Meksikadan və Perudan yüz minlərlə ton qızıl götürdüyü vaxta qədər yaşamadı.

VIII. Sümüklərin səyahətləri

Kolumb 1506-cı il mayın 20-də İspaniyanın Valyadolid şəhərində vəfat etdi, orada da dəfn edildi, lakin cənazə Sevilyaya, daha sonra isə mərhumun vəsiyyətini yerinə yetirərək Haitiyə aparıldı. 1795-ci ildə Haitini fransızlara uduzduqdan sonra ispanlar qalıqları Kubaya apardılar. Bu ada da itirildikdə külünü yenidən Sevilyaya gətirdilər. 1877-ci ildə Haitidə Kolumbun sümükləri olan bir qab tapıldı. Kubaya aparılarkən məhşur dənizçinin qalıqlarının qarışdırıldığı və ya qismən çıxarıldığı bir versiya ortaya çıxdı. Mübahisələr bu gün də davam edir.

Foto: Xalip Yakov / Фотохроника ТАСС, AFP / East News, lirary of Congress, NASA, iStock (x16), John Gabriel Stedman

Material “Around the World” jurnalının 5 may 2016-cı il tarixli nömrəsində dərc edilmişdir.

Mətnin müəllifi: Evgeniya Andreeva

Mənbə: https://bit.ly/3NubQAt

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://multiurok.ru/files/ugursuz-ilk-k-sfci-xristofor-kolumb-haqqinda-hec-v.html


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.