Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edəcək


 Elm və təhsil naziri Emin Əmrullayev 29 noyabr tarixində Neftçala şəhərində vətəndaşları qəbul edəcək. 

 Qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 20 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 -2 və 146 - 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Mənbə: https://edu.gov.az/az/news-and-updates/21616-1

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.