Nuhun gəmisi Türkiyə dağlarında


 Dyupinar məskəni Nuhun gəmisinin təsvirinə çox bənzəyir: “Onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü isə otuz qulac idi”.

Arxeoloqlar və elm adamlarından ibarət bir qrup Türkiyənin şərqindəki dağlarda Nuhun gəmisinin axtarışlarını yeniləyə biləcək kəşf ediblər. Bu barədə “The Sun”  qəzeti şənbə günü, oktyabrın 25-də məlumat verib. Türkiyə-İran sərhədindən bir mil uzaqlıqda qayıq formalı təpə olan Dyupinar məskəni ilk dəfə 1948-ci ildə bir fermer tərəfindən aşkar edilmişdir. Lakin bu məskənin  elmi təhlili yalnız 2021-ci ilin yayında başlayıb. Geoloqlar ümumiyyətlə ərazinin təbii yer olduğunu iddia etsələr də, 2021-ci ildən Türkiyə və ABŞ-ın üç universitetinin alimləri ərazidən tapılan qaya və torpaq nümunələrini analiz edərək, buranın həqiqətən də Nuhun əfsanəvi gəmisinin yeri olub-olmadığını müəyyən etməyə çalışmışlar.

Dəqiq ölçülər

Qəzet xəbərində deyilir ki, Dyupinar məskəninin fiziki xüsusiyyətləri Nuhun gəmisinin “İncil”dəki təsvirinə çox oxşardır. “Yaradılış” kitabının 6-cı fəslinin 15-ci ayəsində ibranicə “Müqəddəs Kitab” gəmini “uzunluğu üç yüz qulac, eni əlli qulac və hündürlüyü otuz qulac” kimi təsvir edir. “The Sun” qəzeti qeyd edib ki, Ağrı dağı və Nuhun gəmisi Araşdırma Qrupunun rəhbərlik etdiyi Türkiyə və ABŞ universitetlərindən olan alimlər bu dəfə müasir texnologiyadan istifadə edərək məskəndə “bibliya” dövründən insan fəaliyyətinin izlərinin olub-olmadığını müəyyən ediblər. Tədqiqatçıların ərazidən 30-a yaxın torpaq və qaya nümunəsi topladığı bildirilir.

Yerin özü burada qədimlərdə daşqın olduğunu göstərir

İstanbul Texniki Universitetində aparılan analizin məqsədi qədim insan varlığının əlamətlərini və ya ərazinin bir vaxtlar su altında qaldığını göstərən dəlillərin müəyyən edilməsinə diqqət yetirməklə məskənin yaşını və tərkibini müəyyən etməkdir. Nümunələrin ilkin tarixləri onların  e.ə. 5000 - e.ə.3500 il əvvələ aid olduğunu göstərir. Bu da daşqının “bibliya” xronologiyasına uyğun gəlir. Bundan əlavə, gil kimi maddələrin, eləcə də dəniz materiallarının dəlilləri tapılmışdır ki, bu da yerin bir vaxtlar su altında qalmış ola biləcəyini göstərir.

Lakin bu yerin Nuhun gəmisinin dayandığı yer olduğunu sübut etmək üçün bu məlumatlar kifayətdirmi? Bunu gələcək göstərər.

Mənbə: https://bit.ly/40lQU6r

 Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad: https://multiurok.ru/files/nuhun-g-misi-turkiy-daglarinda.html

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.