Evlilik ildönümlərinin maraqlı adları: 09.09.1999 - 25 il

* Evliliyin 1-ci ili çit toy adlanır.

*Evliliyin 2-ci ili dəri toy adlanır. Geyimdə dəri əksini tapmalıdır.

*Evliliyin 3-cü ili buğda toy adlanır. Buğdayı rəngli libaslar geymək,masanın üzərinə buğda çələngi qoymaq lazımdır.

*Evliliyin 4-cü ili mum toy adlanır. Masa üzərinə yanan şamlar qoymaq lazımdır.

*Evliliyin 5-ci ili taxta toy adlanır. Taxta hədiyyə vermək lazımdır.

*Evliliyin 6-cı ili sərv ağacı toyu adlanır. Otaq dibçəyində balaca ağac bağışlamaq olar.

*Evliliyin 7-ci ili yun toyu adlanır. Yun geyim bağışlamaq olar.

*Evliliyin 8-ci ili lalə toy adlanır. Məhəbbətin al-əlvan olmasının rəmzidir.

*Evliliyin 9-cu ili saxsı toy adlanır. Bir-birinə qab qacaq hədiyyə etmək olar.

*Evliliyin 10-cu ili qalay toy adlanır. Metaldan hazırlanmış qab hədiyyə etmək lazımdır.

*Evliliyin 11-ci ili koral toy adlanır. Koraldan düzəldilmiş muncuq hədiyyə etmək lazımdır.

*Evliliyin 12-ci ili ipək toy adlanır. Bu vaxt ərzində bir yerdəsinizsə demək münasibətləriniz ipək kimidir.

*Evliliyin 13-cü ili inciçiçəyi toy adlanır. Məhəbbətiniz kimi incə və zərif hədiyyə vermək olar.

*Evliliyin 14-cü ili qurğuşun toy adlanır. İldən-ilə əlaqələriniz bu metal kimi möhkəmlənir.

*Evliliyin 15-ci ili şüşə toy adlanır. Bu ildönümü şüşənin təmizliyinə bərabər götürülür.Bir-birinizə şüşə əşya verin.

*Evliliyin 16-cı ili sapfir toy adlanır. Bu vaxt sapfirlə işlənmiş bəzək əşyası vermək olar.

*Evliliyin 17-ci ili qızılgül toy adlanır. Ər arvadına qızılgül dəstəsi verməlidir.

*Evliliyin 18-ci ili firuzə toy adlanır. Bu ildönümünə firuzəli zinət əşyası verilir.

*Evliliyin 20-ci ili çini toy adlanır. 20 illik birgə həyat münasibətilə yeni çini qab dəsti hədiyyə verilir.

*Evliliyin 25-ci ili gümüş toy adlanır. Gümüş hədiyyə verilir.

*Evliliyin 30-cu ili mirvari toy adlanır. Təbii mirvari hədiyyə edilir.

*Evliliyin 40-cı ili zümrüd toy adlanır. Ər arvadına zümrüd qaşlı üzük hədiyyə verir.

*Evliliyin 50-ci ili qızıl toy adlanır.

*Evliliyin 60-cı ili brilyant toy adlanır. Bu illər ərzində ər-arad taleyin burulğanına dözüblər.

*Evliliyin 65-ci ili dəmir toy adlanır. Münasibətlər bu metal kimi möhkəmdir.

 

*Evliliyin 70-ci ili platin toy adlanır.

*Evliliyin 75-ci ili tac toy adlanır. Siz əgər bu qədər bir yerdə yaşamısınızsa onda birgə həyatınızın kral və kraliçasınız.

*Evliliyin 80-ci ili palıd toy adlanır. Sizin ailə həyatınız bu ağac kimi möhkəmdir.

P.S Bəs sizin evliliyiniz bunlardan hansıdır?

Bu gün 9 sentyabr evliliyimizin 25-ci ilidir (09.09.1999).

Sağlam ailə hər şeydən üstündür! Sizlərə də Yaradan qismət eləsin.

İstifadə edilmiş resurs:

https://ikisahil.az/post/evlilik-ildonumlerinin-maraqli-adlari

Hazırladı: Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.