“Mən
müəllimdən yüksək ad tanımıram”. -Ulu Öndər
Heydər Əliyev-
“Hər
bir millətin tərəqqi qapısı onun məktəbidir”. -Nəriman Nərimanov-
Müəllim bütün fəaliyyəti dövründə öyrənməyə
davam edir. O, başqa müəllimlərin təcrübəsindən, metodik ədəbiyyatdan çətin
materialı izah etmək üçün maraqlı üsullar, orijinal dərs quruluşu, dərsdə
problem-situasiyalar yaratmağa kömək edən suallar və s. seçir. Müşahidəçi müəllim,
hər şeydən əvvəl, daha çox öz dərslərində öyrənir. O, praktikada özünü
doğrultmuş iş üsullarını və tədris materiallarını öz “metodiki ehtiyatı”na
daxil edir. Belə vasitələrin sayı çoxaldıqca müəllimin də metodiki ustalığı, məharəti
artır. Tədrisə dair şəxsi və kollektiv təcrübənin
toplanması, mübadiləsi, istifadə edilməsi ona görə mümkündür ki, müxtəlif
siniflərdə məzmun ilə təlim üsulları və onun təhsil-tərbiyə nəticələri arasında
ümumi asılılıq meydana çıxır: metodik cəhətdən bir qaydada tədris edilən
material, təxminən, oxşar bilik səviyyəsində olan məktəblilər tərəfindən az-çox
eyni səviyyədə mənimsənilir və onlara, analoji təsir bağışlayır. Əlbəttə, eyni
üsullar heç də həmişə oxşar nəticələrə gətirib çıxarmır. Dərsin gedişinə müəllim
və şagirdlərin maddi, mənəvi və psixoloji vəziyyəti də təsir göstərir. Təcrübəli
müəllim bu şərtlərin təsirini xüsusilə nəzərə almağa çalışmalıdır.
Müasir dövrün şagirdləri informasiyanı yenidən işləyib hazırlamağı və dərk etməyi bacarırlar. Mənimsənilən materialın həcmi, mənimsəmənin möhkəmliyi, tərbiyəvi təsirinin gücü nəticə etibarilə təlim prosesində şagirdlərin tədris fəaliyyətinin xarakterindən, intensivliyindən, tarixi faktları dərk etməsindən asılıdır. Məktəbli təlim prosesində passiv dinləyici yox, prosesin fəal iştirakçısı olduqda faydalılıq artır. Yeni təhsil sistemi də şagirdlərdən bunu tələb edir. Şagirdlərin tədris fəaliyyətinə təlim prosesinin təşkilatçısı olan müəllim başçılıq edir. Onun dərs prosesində tətbiq etdiyi bu və ya digər təlim priyomunun təsirliliyi öyrənilən materialdan, təlimin məqsədlərindən, şagirdlərin hazırlıq dərəcəsindən, maraqlarından, bacarıqlarından və s. asılıdır. Şirvan şəhər 11№-li məktəbin həmişə çox yaxşı, bilikli, peşəsini sevən, vətənpərvər pedaqoji heyəti olmuşdur. Onların əməyi danılmazdır.
İndiki Azərbaycan Respublikasının Milli Qəhrəmanı Tahir Əmnağa oğlu Bağırov (14 iyul 1957-11 oktyabr 1992) adına Şirvan şəhər 11 № -li tam orta məktəb 1962-ci ildən 1967-ci ilə qədər dördillik ibtidai məktəb kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə 8 illik məktəbə çevrilmiş, 1984-cü ildə isə orta məktəb kimi yeni binaya köçmüşdür. Məktəbin indiki binası 1984-cü ildə şagirdlərin və müəllimlərin tam istifadəsinə verilmişdir. Məktəbimiz 1992-ci il 11 oktyabrda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli fəmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş gizir T. Bağırovun adını daşıyır. Tahır Əmnağa oğlu Bağırov Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 30.11.1994-cü il 256 nömrəli sərəncamı ilə Milli Qəhrəman Tahir Bağırovun adı 11 nömrəli tam orta məktəbə verilmişdir. 1996-cı ildə 11 №-li tam orta məktəbin həyətində T. Bağırovun büstü qoyulmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Şirvan şəhər T.Bağırov adına tam orta məktəbin binası 2006-2007-ci tədris ilində Dünya Bankının vəsaiti hesabına tam və əsaslı təmir olunmuşdur. Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəb 2005-ci ildə qrant layihəsinin qalibi olmuşdur.Şirvan şəhər T.Bağırov adına 11№-li tam orta məktəb Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 iyul 2010-cu il tarixli 997 nömrəli Sərəncamı ilə 2009-2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2021-ci ildə şəhər icra hakimiyyəti başçısının qərarı ilə məktəbimiz cari təmir edilmişdir. Hazırda Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəb yenidən əsaslı və bütövlükdə təmirə dayanmışdır. Təhsil Azərbaycan dilindədir. II xarici dil kimi rus və ingilis dilləri tədris olunur. Hazırda məktəbdə təqribən 1019 şagird təhsil alır və məktəbin işçi heyəti 113 nəfərdən ibarətdir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həsənova Aynurə magistr dərəcəsinə malikdir. 2023-2024-cü tədris ilində məktəbin fiziki tərbiyə müəllimi Babayev Nurəddin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuşdur. Məktəbin tarix müəllimi Əsədov Seyyub Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 1635 nömrəli Sərəncamı ilə 2014-2015-ci dərs ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. 2017-ci ildə “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi elan edilmişdir. Seyyub müəllim Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibidir. “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifidir.Məktəbimizin qabaqcıl müəllimlərindən sertifikasiya imtahanında yüksək bal toplayan müəllimlər:
İbtidai
siniflər üzrə;
Sadıqova
Lalə -58 bal, Feyzullayeva Zeynəb-55 bal, Şirinova Minayə-53 bal, Bağırova Ülkər
və Quliyeva Vüsalə - 52 bal, Fatiyeva Ülkər isə - 50 bal.
Azərbaycan
dili və ədəbiyyatı üzrə;
Həsənova
Aynurə və Ələkbərova Nuridə 53 bal toplamışlar.
Öz
biliyi və təcrübəsi ilə seçilən daha neçə-neçə müəlimlərimizin zəhməti sayəsində
məktəbimiz fəaliyyətini davam etdirir.
Məktəbin
məzunları hər il qəbul imtahanlarından yüksək nəticə göstərirlər. 500-600
baldan yuxarı nəticə göstərənlərin sayına görə məktəb həmişə fərqlənir. Beləki,
2023-2024-cü tədris ilində XI sinif şagirdlərimiz - Dəmirov Adil (666,20), Həsənzadə
Cavid (653,80), Bədirova Aytac (624,80), Babayeva Aynur (617,90), Əzizova Lamiyə (632,50) 600 -
dən yüksək bal toplamışlar. 2023-2024-cü tədris ilində məktəbimizin ümumi orta
təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 2 nəfər IX sinif məzunu (Nəcəfova
Zəhra, 9 A) və Novruzlu Yusif, 9 B) ümumi orta təhsil haqqında fərqlənmə
attestatı, tam orta təhsili əla qiymətlərlə başa vuran 1 nəfər XI sinif məzunu (Dəmirov
Adil,11 Peşə) tam orta təhsil haqqında fərqlənmə attestatı ilə məktəbi bitirmişlər.
Məktəbimizin məzunları arasında daim fərqlənənlər
olmuşdur.
Məzunlarımz
arasında I və II Qarabağ müharibəsində əziz
canlarını Vətən yolunda qurban vermiş şəhidlərimiz də vardır:
Cəfərov
Akif Xanoğlan oğlu (1966-1993)
Əliyev
Tofiq Tərlan oğlu (1973-1997)
Ələkbərov
Taleh Yaqubəli oğlu (1968-1994)
Əhədov
Rafiq Müzəffər oğlu (1976-1998)
Hüseynov
Bayram Rəhman oğlu (1974-1994)
Xəlilov
Arif Səməd oğlu (1974-1994)
Rəsulov
Məhəmməd Rəsul oğlu (1957-1992)
Səttarov
Azad Şakir oğlu (1973-1993)
Səmədov
Mərdan Nəcəf oğlu (1973-1993)
İtkin
düşmüşdür:
Səmədov
Taleh Şahbala oğlu (1975 -1994) (P.S. Güllücə kəndi 1994-cü il aprel ayının
16-da Ermənistan ordusu tərəfindən işğal olunub. 20 Noyabr 2020-ci il işğaldan
azad olunub).
44
günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan məzunlarımız:
Fərəcov
Kamran İlqar oğlu (14.02.1996-29.10.2020)
Xəlilov
Namiq İlyas oğlu (15.06.1992-17.10.2020)
Onların
xatirəsi əbədi qəlblərdə yaşayacaqdır!
“Məktəb tərbiyə və elm
ocağıdır”.
Şirvan
şəhər 11№-li tam orta məktəbə fəaliyyət göstərdiyi illərdə rəhbərlik etmişlər:
1)
Salman Qəhrəmanov (1962-1968)
2)
Ağasəf Rəcəbli (1968-1972)
3)
Ərzuman Gülmalıyev (1972-1979)
4)
Zülfi Cəfərov (1979-1986)
5)
Mübariz Ağayev (1986-1991)
6)
Alla Qurbanova (1991-1992)
7)
Rəfiqə Əzizova (1992-1996)
8)
Əhməd Məmmədov (1996-2004)
9)
Seyyub Əsədov (2004-2005) məktəbə rəhbərlik etmişlər.
2005-ci
ildən məktəbə Kamandar Rüstəmov rəhbərlik edir. Qeyd edim ki, Kamandar müəllim
məktəbimizdə ən uzun müddət rəhbərlik edən müəllimdir. Əsl müəllim, bacarıqlı rəhbər
və təşkilatçıdır.
Məktəbimizin dünyasını dəyişən müəllimlərini
hörmətlə yad edirik. Ruhları şad olsun!
Gəl,
ey heykəltəraş! Bu mərmər, bu gil,
Düşün
müəllimi, sonra alış, yan!
Onun
heykəlini mərmərdən deyil,
Yarat
özü kimi nurdan, işıqdan.
Dünyasını
dəyişmiş müəllimlərimiz:
1.
Ofeliya Babayeva
2.
Balaqardaş Dadaşov
3.
Aydın Abdullayev
4.Vaqif
Nəcəfov
5.Şənhəyat
Hüseynova
6.Sirac
Alıyev
7.Yazgül
Məlikova
8.
Vəkil Quliyev
9.Rafiq
Yusifov
10.Aqil
Müslümov
11.Yasəmən
Hüseynəliyeva
12.Məlikməhəmməd
Həziyev
13.Sevil
Hüseynova
14.
Mirzalı Səfərov
15.Rəhimdil
İbrahimov
16.Narıngül
Həsənova
17.Cəmilə
Hüseynova
18.Məryəm
Manafova
19.
Vüsalə Əbilova
20.
Mehman Abasov
21.
Sənubər Babayeva
22.Alimə
Mirzəyeva
23.Səyalı
Səttarova
24.
Xatirə Zamanxanlı
25.
Vera Kvitko
26.
Raisa Babayeva
27.
Mirəstə Nəcəfova
28.
Zülfiyyə Hüseynova
29.
Sabir Ələkbərov
Məktəbimizdə
çalışmış hazırda təqaüddə olan müəllimlərimiz:
1.Məşruqə
Şəbiyeva (Əliyeva). Qeyd etmək lazımdır ki, Məşruqə müəllimə 11 №-li 8 illik məktəbin
ilk məzunu və məktəbdə müəllim kimi fəaliyyətə başlayan ilk məzun olmuşdur. Onu
da vurğulayım ki, Məşruqə müəllimə məktəbin ilk məzunu və müəllim kimi pedaqoji
fəaliyyət göstərən ilk müəllim kimi məktəbin tarixini və ilk direktorları barədə
məlumatların hazırlanmasında yaxından köməklik göstərmişdir. Buna görə Məşruqə
müəllimə dərin təşəkkürümü bildirirəm.
2.Gülzar
İsmayılova
3.Firəngiz
Şirəliyeva
4.Nazilə
Mikayılova
5.
Əntiqə Qafarova
6.
Dürsədəf Səmədova
7.
Yavər Xəlilova
S.
Həlimə Xəlilova
9.Нәlimә
Cəfərova
10.
Şəfiqə Musayeva
11.Badam
Ağayeva
12.
Zərqələm İbadova
13,
Səadət Xudiyeva
14,
Azər Kazımov
15.
İsmayıl Hacıyev
16.
Məhəmməd Əhmədov
17.
Abşur Abasov
18.
Rzabala Namini
19.
Akif İbişov
20.
Saleh Əliyev (Saleh müəllim məktəbdə hərbi rəhbər, direktor müavini və uzun
müddət fiziki tərbiyə müəllimi işləmişdir. Məktəbdə çoxdan işləyən müəllimlər
haqqında məlumatların dəqiqləşdirilməsində yaxından köməklik etmişdir. Saleh müəllimə
də öz təşəkkürümü bildirirəm).
21.
Badam Ağayeva
22.Yasəmən
Hüseynova
23.Gülsurə
Abdullayeva
24.Şəhla
Əliyeva
25.Minə
İsmayılova
26.
Züleyxa Babayeva
27.Kifayət
Ələkbərova
28.
Adilə Cəbiyeva
29.Allahverdi
Cəbiyev
30.Əlizadə
Hüseynov
31.Fikrət
Səmədov
32.Mirzəyar
Qurbanov
33.Balaxanım
Əliyeva
34.
Lyudmila Qribova
35.
Lyudmila Muradova
36.
Gültəkin Dadaşova
2023-2024
cü tədris ilində məktəbdə şagird sayı 1019 nəfər, işçi heyəti sayı isə 113 nəfər
olmuşdur.
İnanırıq
ki, dövlətimizin və cənab prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qayğısı nəticəsində Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbdə tezliklə təmir qurtaracaq və doğma
məktəbimiz istifadəyə veriləcəkdir.
Azərbaycanın
Milli Qəhrəmanı Tahir Bağırov haqqında məlumatların dəqiqləşdirilməsində
yaxından köməklik etdiyi üçün Şirvan şəhər icra hakimiyyətinin humanitar məsələlər
üzrə müavini Aynur xanım Fərzəliyevaya xüsusi təşəkkür edirəm.
İstifadə edilmiş resurslar:
1.Qəhrəmanı” adı verilməsi haqqında:
Bağırov Tahir Əminağa oğlu - baş serjant - Azərbaycan
Respublikasının
suverenliyi və ərazi bütövlüyünün qorunmasında,
dinc əhalinin təhlükəsizliyinin
təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə
görə: Azərbaycan
Respublikası
Prezidentinin Fərmanı, 5 fevral 1993- cü il //Azərbaycan
Respublikası
Ali Sovetinin Məlumatı.- 1993.- №3.- S.11.- (Ölümündən sonra)
2.Maşallah
Məftun. Əli Bayramlının Qarabağ ağrıları. Hərbi nəşriyyat. Bakı-1998
4.https://ru.wikipedia.org/wiki/Список_Национальных_героев_Азербайджана
5.https://ru.wikipedia.org/wiki/Ширван_(Азербайджан)
6.https://az.wikipedia.org/wiki/Tahir_Bağırov(gizir)
7.https://vetendas.az/tahir-bagirov/
8.https://ebooks.az/az/book/cF4SzQiG Milli Qəhrəmanlar (Prezident kitabxanası)
9.https://bakimektebleri.edu.az/59/az/teachers/
11. http://multiurok.ru/seyyubasadov2/
12. https://sinxronfenler.blogspot.com/
Hazırladı:
Əsədov
Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).