Hər
kəsin səbirsizliklə gözlədiyi dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin
adları müəyyənləşib. Ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil
olunmuş ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki finalı 19-21 iyul tarixlərində
baş tutdu. “Baku
Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak etmiş 118 namizəddən ən
yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb. Dördüncü
mövsümün qaliblərindən 18 nəfəri öncəki müsabiqələrin müxtəlif mərhələlərində
iştirak edib. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 38 yaşı var. Qalib gələn iştirakçıların 45.71 %-i
dövlət, 42.86 %-i özəl, 2.86 %-i QHT-lərdə çalışır. Qeyd edək ki, final mərhələsi üzrə ən yüksək
nəticə 19 bal olub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani,
yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələlərinin
qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan "Qiymətləndirmə
konfransı" metodu ilə həyata
keçirilib.
Yarımfinal mərhələsində strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük,
komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə
edilməsi, sosial məsuliyyət, liderlik səriştələri əsasında ekspertlər tərəfindən
qiymətləndirmə aparılıb. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar
ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndirilib. Finalın ən
yaddaqalan anlarından biri isə Təşkilat Komitəsinin üzvləri və mentorların
iştirakı ilə baş tutan “Mentor keysi”ndə yaşanıb. Belə ki, mentorlar
iştirakçılarla birlikdə İşçi Qrupunun hazırladığı “Süni intellekt və gələcəyin əmək
bazarı” adlı tapşırığı yerinə yetiriblər. Maraqlı mübarizənin və fikir mübadiləsinin
sonunda mentorlar iştirakçıları əlavə bal verərək qiymətləndiriblər. Təqdim
edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib. Müsabiqənin şərtlərinə
əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi
üçün Təşkilat Komitəsi həmin iştirakçıların hər birinin səriştə və
bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan
olunmasına qərar verib.
Qaliblərin
adlarını təqdim edirik:
1.
Rəhimov Teymur Azər oğlu
2.
Şamilzadə Orxan Müşfiq oğlu
3.
Əmmayev Təbriz Bilal oğlu
4.
Mustafayev Sənan Sahid oğlu
5.
Nəcəfli Cəfər Yusif oğlu
6.
Şirinli Qaraxan Bayraməli oğlu
7.
Hüseynli Kamal Həsən oğlu
8.
Həsənəlizadə Şəfəq İlham qızı
9.
Musayeva Günel Elşad qızı
10.
Yaqublu Toğrul Namiq oğlu
11.
Göyüşov Səbuhi Nizami oğlu
12.
Hüseynov İsmayıl Sayəddin oğlu
13.
İsgəndərov Orxan Elman oğlu
14.
Babazadə Salman Məhəmməd oğlu
15.
Qocayev Nicat İlham oğlu
16.
Məmmədov Ayaz Məmmədrahim oğlu
17.
Hüseynov Seymur Elşad oğlu
18. Həsənli Aslan Yusif oğlu
19. Qasımov Anar Aslan oğlu
20. Məmmədxanlı Rüfət Cahangir oğlu
21. Əsgərov Əkbər Rövşən oğlu
22. Səmədov İnsafəli Cümeyir oğlu
23. Fətəliyev Eyyub İlqar oğlu
24. Məmmədov Şahlar Elman oğlu
25. Abdullazadə Elnur Fazil oğlu
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar
(https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və
özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca
dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il
tarixində müvafiq Sərəncam imzalanıb.
Mənbə:
https://azedu.az/az/news/81371-onlar-dorduncu-yukselisin-qalibleri-oldular