"Peşə təmayüllü siniflər"də ixtisas müəllimi olmaq istəyənlərin nəzərinə

 

2024-2025-ci tədris ili üçün “Peşə təmayüllü siniflər" paytaxt və bölgələrdə yaşayan, qeyd edilən peşələr üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, Peşə təmayüllü siniflər bu barədə məlumat yayıb.

Tələblər:

• Peşə təhsili / orta ixtisas / ali təhsil;

• Peşəsi üzrə minimum 2 il iş təcrübəsi;

• Pedaqoji təcrübə arzuolunandır.

Axtarılan ixtisas müəllimləri:

- Aqronom - https://forms.gle/6k3qJqca96nCr78A7

- Aşpaz - https://forms.gle/hyhEf1vfZd4k1NxN6

- Qənnadçı - https://forms.gle/KYH5hmRNj7M57GFn9

- Dərzi - https://forms.gle/TxN5mbEz18E8G1NSA

- Bərbər - https://forms.gle/nRuem35Rfhc1xG1h7

- İKT Help Desk - https://forms.gle/LA7Nm829m5ffCKHr5

- İKT Kompüter Operatoru - https://forms.gle/5rpt8hg5nDpHzsvi6

- İKT Qrafik Dizayner - https://forms.gle/oSK5j8MAHHLcBEiT6

- Mebel quraşdırma - https://forms.gle/udQG2Gzkn4KZ4azs7

- Dülgər - https://forms.gle/qvaKM2iaRwcxx16Q7

- Kombi-kondisioner - https://forms.gle/UHUYkkE8MtwtAAfNA

- Çilingər - https://forms.gle/uu4ATyHfdd5RDR2f8

- Restoran servisi və barista - https://forms.gle/omFW6J2GE47XsbNg7

- Manikür-pedikür/vizajist - https://forms.gle/hcdT2h6uo2CZ9ruf8

- Foto və videoqraf - https://forms.gle/QCgGqH3fL753nvhB9

- Telefon təmiri ustası - https://forms.gle/eNY1uWwshwJcFPHEA

İşə müraciət üçün peşənizin adının qarşısında yazılan linkə daxil olaraq müraciət anketini doldurmaq lazımdır.

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərə ikinci mərhələdə imtahanlarda iştirak etmək hüququ qazanması ilə bağlı SMS vasitəsilə məlumat veriləcək. İkinci mərhələdə namizədlər müvafiq peşə ixtisaslarına uyğun suallardan ibarət test imtahanında iştirak edəcəklər. İmtahanlarda ən yüksək nəticə toplamış namizədlər əməkdaşlığa cəlb ediləcəkdir. İşə qəbul edilmiş şəxslər 2024-cü il, sentyabr ayından iş fəaliyyətinə başlayacaqlar.

Müraciət üçün son tarix: 29 iyul 2024-cü il

Mənbə: https://muallim.edu.az/news.php?id=31356

Şəkil:https://www.facebook.com/peshesinifleri/posts/pfbid0YaQmPgc9u9SPgwqctF7kQzEvBLhvdivpKMXonGv57pj34mjw9snWMdMhULUyZWT8l


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.