Bəşəriyyətin beşiyi haradadır?

 

Söhbət tariximizin başladığı yer olan “bəşəriyyətin beşiyi”nə gəldikdə, ağlımıza bir seçim gəlir: Afrika. Dəqiq cavab olmasa da, səhv də deyil. Təxminən 6-7 milyon il əvvəl təkamül ağacındakı ən yaxın qohumlarımız olan şimpanzelərdən insanların təkamül etdiyi primatlar qrupu ayrılıb. “Tüklü əmiuşağılarımızın” hələ də bu qitədə yaşadığına görə, ilk insanların Afrikada yarandığını güman etmək məntiqlidir. Üstəlik, 2022-ci ildə Oksford Universitetinin araşdırmasına görə, Sudan başlanğıc nöqtə olmuşdur. Ancaq insanın təkamül hekayəsi bununla bitmir... və qəribə də olsa, buradan başlamır. Yeni araşdırmalar və təhlillər qədim mənşəyimizə işıq salır və bizi təəccübləndirir: Afrikanı yeganə “bəşəriyyətin beşiyi” kimi göstərməklə yanılmırıq ki,?

Avropadan Afrikaya...

Az sayda primat soyuq iqlimlərdə yaşayacaq qədər axmaq deyillər. Ola bilsin ki, yapon makakaları isti bulaqlar yaxınlığında, biz insanlar kimi yaşamaq istəyiblər. Odur ki, bəzi alimlərin bu gün Afrika, Asiya və ya digər isti yerləri yox, Avropanı ilk böyük meymunların vətəni hesab etdiklərini eşidəndə bu, inandırıcı görünmür. Halbuki dəlillər məhz bunu göstərir. Toronto Universitetinin antropologiya professoru David Bequn, 2023-cü ildə yazmışdır: “Araşdırmalarımız [...] homininlərin təkcə Qərbi və Mərkəzi Avropada təkamül etmədiyini, həm də burada 5 milyon ildən çox yaşadığını göstərir”. Afrika meymunlarının əcdadları və buna görə də insanlar daha sonra “Şərqi Aralıq dənizi sahillərinə yayıldılar” deyə  söyləyir, “sonra, yəqin ki, iqlim dəyişikliyi və meşələrin qırılması səbəbindən Afrikaya köçmüşlər”. Milyonlarla il əvvəl baş vermiş hadisələrlə bağlı əksər nəzəriyyələr kimi, bu fikir də hamı tərəfindən qəbul edilmir. Bununla belə, Yunanıstan və Balkanlarda tapılan eyni dövrə aid qalıqlar bizim ilk primat əcdadlarımızın Afrikadan deyil, Avropadan gəldiyi nəzəriyyəsini dəstəkləyir. “Avropa və Anadoluda erkən hominin qalıqları çox olsa da, təxminən 7 milyon il əvvəl orada ilk hominin peyda olana qədər onlar Afrikada tamamilə yox idi,” deyə Bequn izah edir.

...və yenə Afrikadan

Belə çıxır ki, Afrikaya çatdıqdan sonra “əcdadlarımız” xoşbəxt yaşamağa başladılar? Bir neçə milyon illik təkamül nəticəsində “Homo sapiensə” çevrildilər. Təəssüf ki, hər şey bu qədər sadə deyil. Ən çox səhv başa düşülən “qohumlarımız” olan neandertallar buna sübutdur.  Niyə? Çünki neandertallar və insanlar ən azı 800.000 il əvvəl ortaq əcdaddan ayrılan fərqli növlər idi. Bəs sizin və mənim soyumuzdan çıxdığımız “Homo sapiens” qrupları təxminən 60.000 il əvvəl Afrikanı tərk edəndə Avropa və  Asiyada kimlərlə qarşılaşdılar? Aydındır ki, Afrikadan miqrasiya yeganə deyildi. Belə görünür ki, “Homo erectus” təxminən 2 milyon il əvvəl Afrikadan köçən ilk insan olub və onlar nəhayət Avrasiyanın çox hissəsinə yayılıblar. Məhz bu erkən “Homo mühacirlər” neandertalları, həmçinin “denisovalıları” və bəlkə də “Homo floresiensisləri” doğurmuşdu. Zaman-zaman bir çox nəsillər ərzində digər “Homo sapiens” populyasiyaları meydana çıxmış, bir müddət “yerli sakinlərlə” yan-yana yaşamış və sonra yox olmuşlar. Təbiət Tarixi Muzeyində qeyd olunur ki, “Neandertal genomuna ən azı 220.000 il əvvəl daxil olmuş Homo sapiens genlərinin izləri var, buna görə də iki növ daha əvvəl qarşılıqlı əlaqədə olub və bir-biri ilə cinsləşiblər”. Hesabatda deyilir ki, “Homo sapiens miqrasiyasının müxtəlif dalğaları […] əvvəl Afrikanı tərk etmiş, lakin təxminən 60.000 il əvvəl baş vermiş dalğa ilə müqayisədə böyük ölçüdə uğursuz olmuşdur”. “ Onların genetik xətləri nəhayət yox olmuş və ya sonrakı dalğalar tərəfindən əvəzlənmiş olmalıdır, çünki onlar indiki genetik quruluşumuza çox az və ya heç bir töhfə verməyiblər”.

Ailə görüşləri

Beləliklə, bizim əcdadlarımız tək bir “bəşər beşiyi”ndən hazır olaraq çıxmaqdansa, görünür ki, bizim kimi olana qədər xeyli səyahət etmişlər. Lakin bu, onların həyat tərzinin necə “kosmopolit” olduğuna dair yeganə nümunə deyil. Görünür, biz unikal müasir genimizdəki əcdadlarımızın kifayət qədər fırtınalı şəxsi həyatına borcluyuq. Çoxumuz genimizdə bəzi Neandertal DNT-lərindən xəbərdarıq.     Amma məlum olur ki, qədim insanlar yəqin ki, bundan çox əvvəl gen mübadiləsi aparıblar. Həm müasir, həm də qədim insanların DNT-sini, eləcə də arxeoloji və ətraf mühit məlumatlarını istifadə edən bir sıra son tədqiqatlar Afrika əcdadımızın daha mürəkkəb mənzərəsini yaradır. Bunun əksinə, mənşəyimizi Afrikaya səpələnmiş bir çox qədim populyasyada  izləyə bilərik. Ətraf mühit şəraiti imkan verdikdə, onlar zaman-zaman görüşüb genlərini qarışdırıblar, belə demək mümkünsə, bütün bunlar bilavasitə təxminən 300.000 il əvvəl “müasir” insanların yaranmasına səbəb olub. Bəs “insanlığın beşiyi” haradadır? Sual asan sual deyil. Bəlkə də “hansı?” sualını vermək daha düzgün olardı. Saymağa başladığınız yerdən asılı olaraq, bu, Avropa, Afrika və ya Asiya ola bilər. Təfərrüatlara girsək, bir qitə və ya bir-birindən fərqli bir çox qəbilə haqqında danışa bilərik.

Mənşəyimizi tək gövdəli bir ağac kimi təsəvvür etmək əvəzinə, bəlkə də onu mürəkkəb axınlar şəbəkəsi ilə müqayisə etmək daha doğru olar. Bu, geniş zaman və məkanda baş verən müxtəlif qədim populyasiyalar arasında miqrasiya, dəyişikliklər və mübadilələrin mürəkkəb hekayəsidir.

Mənbə: bit.ly/3WGkoty

Rus dilindən tərcümə: Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad: https://multiurok.ru/files/b-s-riyy-tin-besiyi-haradadir.html


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.