Azərbaycan
Respublikasının Təhsil İnstitutu (ARTİ) ibtidai sinif müəllimləri üçün təkrar
sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını təqdim edib.
Bu barədə "Azərbaycan müəllimi"nə
ARTİ-dən məlumat verilib. Qeyd olunub ki, 2023-cü ildə keçirilmiş
sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri
üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil edilib. Bu
imtahanda 6 464 müəllim iştirak edib.
İmtahanın təfərrüatları:
Müddət: 120 dəqiqə
Ümumi sual
sayı: 60
- Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
- Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25
- Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10
İbtidai sinif müəllimləri üçün təkrar
sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı
keçid vasitəsilə tanış ola bilərsiniz:
İbtidai sinif – Azərbaycan_dili
Qeyd: Tədris metodikası və təlim strategiyasına
aid sualların bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin
sertifikatlaşdırılması prosesinin davam etdiyi üçün bu suallar hazırda
ictimaiyyətlə paylaşılmır.
Mənbə: https://muallim.edu.az/news.php?id=30630