Külək günü

15 iyun Ümumdünya Külək Günüdür. Belə qeyri-adi bayramın yaradılmasının təşəbbüskarları Avropa Külək Enerjisi Assosiasiyası (WindEurope) və Ümumdünya Külək Enerjisi Şurası (GWEC) olub. Məqsəd külək enerjisinin nəhəng potensialını ictimaiyyətin diqqətinə cəlb etməkdir. Bu gün külək enerjisinin qeyd edildiyi, məlumat mübadiləsinin aparıldığı, böyüklərin və uşaqların külək enerjisi, onun gücü və dünyanı dəyişdirmək üçün təklif etdiyi imkanlar haqqında öyrəndikləri bir gündür. Ekspertlərin fikrincə, külək enerjisinin inkişafı təkcə enerji deyil, həm də iqtisadi və ekoloji xarakterli çoxlu sayda problemlərin həllinə kömək edəcək.

Mənbə: bit.ly/4b3h8fY

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.