2021-ci
ilin fevral ayında “Perseverance” adlı aparat Marsa eniş etdi. Aparat endikdən sonra
1000 gün ərzində Jezero kraterindəki müxtəlif geoloji zonalardan 23 nümunə
topladı. Bu ərazi bir vaxtlar
qədim gölün yeri olmuşdur və Marsın hər hansı bir yerində qədim (daşlaşmış) həyatın
sübutu tapılsaydı, o, burada işlərini
davam etdirəcəydi.
30 iyul 2020-ci ildə nəhəng Atlas V-541 raketi Florida
ştatındakı Kanaveral burnundakı uçuş meydançasından havaya qalxdı. Kosmik gəmidə Marsa gedən “Perseverance” aparatı da var idi. O, təqribən 7 aylıq səyahətdən
sonra gələrək, Mars atmosferinə daxil olmuş və mürəkkəb ardıcıllıqla paraşütlər,
əyləc raketləri və ilk dəfə olaraq havada fırlanan platformadan enmək üçün
yerüstü krandan istifadə edərək uğurla “eniş” etmişdi. Mars aparatın əsas məqsədi
insanların Marsı kəşf etməsinin xəbər verən kimi geologiya, iqlim və atmosfer şəraitini
öyrənmək idi. Eniş yeri Jezero krateri seçilmişdi, çünki əvvəlki orbital kəşfiyyatlar
bir vaxtlar krateri dolduran qədim gölün aydın dəlillərini ortaya çıxarmışdı.
Suyun həyatın təkamülü üçün əsas tərkib hissəsi olduğuna inanılır, buna görə də
orada su hövzəsi, həyatın yaranması ehtimalı artırırdı.
Yerli qayaları öyrənmək tarix kitablarını vərəqləməyə
bənzəyir, çünki onlar qədim həyatın əlamətlərini, eləcə də qədim ekoloji şəraiti
qoruyub saxlamış ola bilərdi. Krater,
Günəş sistemindəki əksər kraterlər kimi, bir növ toqquşma nəticəsində əmələ gəlmişdir.
Jezero kraterində bu, təxminən 4 milyard il əvvəl bir asteroid zərbəsi heab
edilirdi. Kraterə çatdıqdan sonra tezliklə məlum oldu ki, onun döşəməsi nəhəng
yeraltı maqma kamerasından əmələ gələn və vulkanik fəaliyyət nəticəsində səthə
çıxarılan maqmatik qayalardan ibarətdir. O vaxtdan bəri, Marsın uzaq keçmişində
suyun varlığını göstərən qum və palçıq da daxil olmaqla, başqa növ qayalar
tapılmışdır. “Perseverance” aparatı 1000 gün ərzində qırmızı
planetin kəşfiyyatını qeyd etmiş və qaya nümunələrini toplamışı, onları təhlükəsiz
şəkildə qablaşdırmışdır. Ümumiyyətlə, qədim gölün dibini araşdırma proqramını
tamamlamışdır. “Lefroy Bay” adlanan nümunələrdən birində incə dənəli silisium da vardır. Bu
material tez-tez Yerdə tapılır və daşlaşmanın olduğunu
bildirir. Başqa bir nümunədə yer üzündə mütləq bioloji proseslərlə əlaqəli olan
fosfat da vardır. Hər iki nümunədə həmçinin karbon da var
ki, bu da süxurun əmələ gəlməsi zamanı ətraf mühit şəraitini öyrənmək üçün
istifadə edilə bilər. Jezero krateri böyük bir ərazini (45 kilometr enində) əhatə edir. Ona görə də nümunələrin haradan toplanacağına qərar vermək asan olmamışdır. Sahə seçildikdən sonra “Perseverance”
aparatı əvvəlcə səthi aşındırmaq üçün aşındırıcı alətindən istifadə etdi və
sonra planetar rentgen litokimya aləti olan “PIXL” kimi
bort alətlərini yerləşdirdi. Kosmik
gəmidəki alətlər həm
mikroskopik, həm də qalıqlara bənzər strukturları və qədim mikrobların qoyub
getdiyi kimyəvi dəyişiklikləri aşkar edə bilirdi.
Təəssüf
ki, bu günə qədər “Perseverance”
aparatının heyrətamiz nəticələr əldə etməsinə baxmayaraq, hələ də Marsda həyat əlamətlərini
aşkar edə bilməmişdir.
Mənbə:
bit.ly/3ylZXbN
Rus dilindən tərcümə:
Əsədov
Seyyub Əsəd oğlu- Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi).