15
may tarixi dünyanın bir çox ölkəsində Beynəlxalq İqlim Günü kimi qeyd edilir.
Bu
gün iqlim dəyişmələri bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. Son
illər ərzində planetdə iqlim dəyişmələri kəskin şəkildə sürətlənib və demək
olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir. İqlimdə baş verən dəyişikliklər
bütün dünya ictimaiyyətini narahat edir və problemin ciddiliyi onun mümkün qədər
tez həll edilməsini tələb edir.
Yer
kürəsinin iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını almaq üçün
1994-cü il martın 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası
(UNFCCC) qüvvəyə minib. Azərbaycan bu Konvensiyaya 1995-ci ildə qoşulub. Bu günədək
Konvensiya 198 ölkə tərəfindən ratifikasiya olunub. 2015-ci ildə qəbul edilmiş
Paris Sazişi isə Konvensiya Tərəflərindən sənayələşmə ilə müqayisədə qlobal
istiləşmənin səviyyəsini 1,5 dərəcə C-dək saxlanılmasına səylər göstərilməsini
hədəfləyir.
Bu
il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası-COP29 Azərbaycanda keçiriləcək. Konfransın keçirilməsi Azərbaycan
üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl" iqtisadiyyata
keçid strategiyasının məntiqi davamı hesab edilə bilər.
Gəlin
birlikdə yaşıl planet, dayanıqlı iqlim, sağlam gələcək üçün töhfə verək! Bütün
bəşəriyyət və gələcək nəsillər naminə üzləşdiyimiz üzləşə biləcəyimiz problemləri
idarə etməyə daha yaxşı hazır olan dünya quraq!
Mənbə:
https://eco.gov.az/az/nazirlik/xeber?newsID=22619