Müddətli
həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun
tibbi müayinənin aparılması qaydası müəyyənləşib. Qlobal.net xəbər verir ki, Nazirlər Kabineti
bununla bağlı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib. Müddətli
həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində
qeyd olunan qərarların (barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən
“B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi
xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu
Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir) qəbul edilməsi
üçün yekun tibbi müayinənin aparılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Vahid Elektron İnformasiya Sistemi (VEİS), Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət
orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sisteminə (MEİS) inteqrasiya edilir. VEİS-nin, həmçinin
qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və
sistemlərinin MEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na
uyğun olaraq Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Agentlik
çağırışçının yekun tibbi müayinəsini MEİS-nin “Hərbi-həkim ekspertizası və
tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən
ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında
həyata keçirir. Hərbi xidmətə yararlılıq haqqında «B», «C», «Ç» və «D»
kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair
verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda
VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44)
formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. Yekun
tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEİS-nin “Vətəndaşların qəbulu”
altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə
yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya
Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
çağırışçını bu Əsasnamədə nəzərdə tutulmuş qaydada Agentliyə hansı vaxtda
(ünvan, tarix və saat qeyd edilir) yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri
barədə məlumatlandırır. Çağırışçıların Agentlikdə yekun tibbi müayinədə
iştirakı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti tərəfindən təmin edilir. Çağırışçının yekun tibbi müayinəsi
Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu
Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Çağırışçı Agentlikdə yekun tibbi
müayinə zamanı avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında
müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə
yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental
tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin
olub-olmadığı aydınlaşdırılır. Agentlikdə yekun tibbi müayinənin həyata
keçirildiyi otaqlarda video və səs qeydlərinin aparılması təmin olunur,
aparılan tibbi müayinələrə və çağırışçının yerində baxış proseslərinə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Agentliyin məsul
vəzifəli şəxsləri tərəfindən mütəmadi olaraq baxış keçirilir, video və səs
qeydlərinin aparılmasının monitorinqi həyata keçirilir. Çağırışçının laborator
və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə,
Agentlikdə müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün göndəriş verilir.
Agentlikdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron
formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi
müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində
növbədənkənar müayinəsi aparılır və müayinəyə dair məlumatlar Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin elektron informasiya sistemlərindən altsistemə ötürülür, həmçinin
çağırışçıya təqdim edilir. Yekun tibbi müayinənin aparıldığı müddətdə çağırış çıların daimi
iş yerində orta əməkhaqları saxlanılmaqla, işdən (təhsildən) azad edilmələri ilə
əlaqədar Agentlik tərəfindən çağırışçının işlədiyi və ya təhsil aldığı müəssisəyə
bildiriş göndərilir. Tibbi müayinələrin nəticəsində
çağırışçıda bu Əsasnamədə nəzərdə tutulan göndərişdə (forma 44) öz əksini
tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq
dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə
yönləndirilir. Bu halda bu Əsasnamənin 2-1.8-ci bəndində nəzərdə tutulmuş
prosedur tətbiq edilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə
olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair MEİS-də
elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq
edərək altsistemə daxil edir, həmçinin vətəndaşa təqdim edir. Qəbul həkiminin rəyi
altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata
keçirilməsi üçün Tibbi qiymətləndirmə komissiyalarından biri altsistem tərəfindən
avtomatlaşdırılmış qaydada seçilir.
Yekun
tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu
hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. Tibbi
qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamədə nəzərdə
tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə,
aşağıdakı qərarlardan birini qəbul edir:
– həmin göndərişdə göstərilən yararsızlıq səbəbi
eyni kateqoriya üzrə təsdiqlənir;
– həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli
kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara
əlavə olunur);
– həmin göndərişdə göstərilən yararsızlıq səbəbi
heç bir kateqoriya üzrə öz təsdiqini tapmır.
Qəbul edilən müvafiq qərar MEİS-də elektron sənəd
formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri
tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə
rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın
qəbul edilməsi üçün altsistemə daxil edilir. Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
müvafiq qərar barədə çağırışçını dərhal nəzərdə tutulmuş qaydada onun elektron
kabineti vasitəsilə məlumatlandırır. Çağırışçının şəhadətləndirilməsi üzrə
yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında
şikayət verilə bilər.
–
Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1
(bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 1 (bir) məsul
şəxsindən ibarətdir. Şuranın fəaliyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. Şuraya
verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5
(beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən
çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin
Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların
elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir.
Mənbə: