BDU-nun
məsləhətçi professoru Qüdrət İsmayılzadə vəfat edib
Bakı
Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məsləhətçi professoru, tarix elmləri doktoru Qüdrət İsmayılzadə (1934-2024)
vəfat edib.
Qüdrət
İsmayılzadə 1934-cü il oktyabrın 24-də Bakıda anadan olub. 1952-ci ildə 208
saylı orta məktəbi bitirib.
1952-1957-ci
illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1960-1963-cü illərdə AMEA-nın
aspirantı olub. “Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair” adlı namizədlik
dissertasiyası müdafiə edib. O, 1964-cü ildə Qarabağ, Azıx, Sarıtəpə və digər
arxeoloji ekspedisiyalarda iştirak,
1964-1988-ci
illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik edib.
1983-cü
ildə "Azərbaycanın erkən tunc dövrü mədəniyyəti" mövzusunda doktorluq
dissertasiyasını müdafiə edib.
O,
1958-1977-ci illərdə AMEA-nın Tarix İnstitutunun Arxeologiya və etnoqrafiya
sektorunun əməkdaşı olub. 1977-ci ildən BDU-nun Ümumi tarix, Qədim dünya və
orta əsrlər tarixi, Arxeologiya və etnoqrafiya kafedralarında çalışıb. Troya,
Boğazköy və Altıntəpə kimi dünya əhəmiyyətli abidələrdə arxeoloji qazıntılarda
iştirak edib. Son illərdə BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya
kafedrasının məsləhətçi professoru kimi çalışıb.
Qüdrət
İsmayılzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə
2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda
təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif
edilib.
Tanınmış
alim Beynəlxalq Arxeoloqlar Assosiasiyasının üzvü, Türkmənistan Prezidenti
yanında Şərqin mədəni irsinin öyrənilməsi üzrə Elmi Şuranın və Rusiya
Arxeoloqlar Cəmiyyətinin Azərbaycan bürosunun üzvü idi.
O,
200-dən artıq elmi məqalə və monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin
müəllifi olub.
2
elmlər doktoru və 7 elmlər namizədi yetişdirib.
BDU
kollektivi tanınmış alim Qüdrət İsmayılzadənin vəfatı ilə bağlı dərindən kədərləndiyini
bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah
rəhmət eləsin!
Mənbə:
bit.ly/3TIVVkR
Allah
qəni-qəni min rəhmət eləsin. Əsl müəllim və tarixçi!