Qazaxıstana 17 min səhifəlik tarixi irs gətirən alim

 

Qardaşımız Kudasov Seysenbay Qazaxıstanda erməni dili, yazı və abidələrində qıpçaq təsirinin unikal mütəxəssisi idi. Qıpçaq dili dünya sivilizasiyasının dili olanda bir çoxları orta əsrlərdə bu dili öyrənmək üçün xüsusi lüğətlər və kitablar yazmışlar. İndi ingilis dilinə tələbat necədirsə, o zamanlar qıpçaq dili də belə çox vacib idi. 1980-ci illərində Qazaxıstan SSR Elmi-Tədqiqat Dilçilik İnstitutunun rəhbəri, akademik Əbdül Kaydarov demişdi: “Erməni dilində olan abidələr öyrənilmir, niyə və nə üçün o yataqda tədqiqat aparmırsınız?”. “Məsuliyyəti üzərinə götürən Seysenbay Kudasov, türk biliyinin bu istiqamətinə getməyə qərar verdi və araşdırmağa başladı. Ermənilərin özləri də təəccüblənirlər ki, qazaxlar erməni yazısını, dilini bu qədər mükəmməl mənimsəyiblər”. 

Bu mövzu çərçivəsində Seysenbay qardaşımız on dəfələrlə Ukraynada (Kiyev, Lvov) və Ermənistanda (İrəvan) olmuşdu və tez bir zamanda elmi kitabxanalarda fəal işləmişdi. Belə ezamiyyətlərin birində qardaşımız Ermənistan ərazisindəki qıpçaqlara aid epiqrafik abidələrdən 17 min səhifəlik yazıların surətini çıxararaq Qazaxıstana gətirmişdir. Gəlin özümüzdən soruşaq ki, əcdadlarımız haqqında dünyanı şoka salan bu qədər məlumatı gətirən bir alimə bir ölkə necə hörmət etməlidir? Bu bizim dilimiz deyil, tariximiz, mədəniyyətimiz, sivilizasiyamızdır? Seysenbay Kudasov bu iş üçün Qazaxıstandan hər hansı bir mükafat istəmədi. Biz bir alim haqqında xatirələr yazırıq. “Müəllim atadan böyükdür” qazax atalar sözünü tez-tez eşitsək də, deyəsən indi həqiqəti başa düşürəm. Seysenbay Kudasovun bizə elm öyrətməsindən 25 il keçib. İkinci kursdan mövzular və anlayışlar tarix kimi dil, dil mədəniyyəti, tarixi qrammatika, müqayisəli və ardıcıl qrammatika, türklər, dillərin təsnifatı, qədim türk yazılı abidələri, orta əsr yazılı irsi, əlyazmalar, transkripsiya, tərcümələr kimi zehnimdə möhkəm biliklər toplanmışdır. Bundan əlavə, elm və onun etikası anlayışları və biblioqrafik icmal getdikcə üstünlük təşkil edirdi. Bunların çoxuna Seysenbayın mühazirələri səbəb olurmuşdu. Çox keçmədi ki, özümü elmi tədqiqatçı kimi hiss etməyə başladım. İndi ustad auditoriyadan kənarda mühazirələrini artırmağa başlamışdı. Bəzən daxili intuisiyamı birləşdirib bir mövzu ortaya qoyurdum. Seysenbay ondan üzülməz, sevinərdi. Hekayəni daha da dərinləşdirərdi. İndi baxdığınız bu şəklə baxanda, başa düşürəm ki, o məni elmin dərinliklərinə cəlb edirmiş.Tələbə elmi konfransında təqdimat üçün “Codex Cumanicus” yazırdım. Mövzu memorandumda yerli lüğətdə verilmişdi. Bu məruzədən sonra türkşünaslıq dünyası ilə tanış olmağa başladım.  Universitetdən kənarda daha çox fikir mülahizələri aparardıq. Bəzən dərsdən sonra bayıra çıxıb səki ilə uzun uzadı gəzərdik. Bəzən məni evə çağırar, qiymətli əsərləri ilə məni tanış edərdi. Bu münvalla müxtəlif dünyalara gözüm açıldı. Mən Seysenbay qardaşın tələbəsi kimi bu əhvalatları xatırlayıram...  

Allah sən özün Seysenbayın məkanının cənnətlik et. Keçmiş günlərimizə qayıtmaq istərdim. Ruhun şad olsun əsl yaxşı müəllim.

Filologiya elmləri namizədi Asılbek Ayezxanulı

Mənbə: bit.ly/3TVufdI

Qazax dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 Seysenbay Jolalı oğlu Kudasov (1956-2024) məşhur qazax türkoloqu, qədim qıpçaq dili üzrə mütəxəssis idi. Seysenbay Kudasov türkşünaslıq sahəsində yorulmadan çalışan, mühüm nailiyyətlər əldə edən ixtisaslı alimlərdəndir. Onun akademik irsinin türkşünaslığın inkişafına töhfə verəcəyi və gələcək tədqiqatlara yol açacağına inanıram. O, türkşünas alim olmaqla yanaşı, “Silkway” Beynəlxalq Universitetinin “Türkologiya” elmi mərkəzinin rəhbəri idi.

11-12 mart 2021-ci il tarixlərində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutu və “Silkway” Beynəlxalq Universitetinin (SWIU) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda yeni fəlsəfi dünya nizamı münaqişədən sonrakı dövrdə” Beynəlxalq Onlayn Konfransı keçirilmişdi. İki gün davam edən Beynəlxalq onlayn konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, İtaliya, Bolqarıstan, İsrail, Pakistan və Fransadan olan alimlər məruzələrlə çıxış etdilər və 27 məruzə dinlənildi. Bu məruzələr içərisində Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərinə dair dünya şöhrətli türkoloq alim Kudasov Seysenbay Jolalı oğlunun  rəhbərlik etdiyi “Türkologiya” elmi mərkəzinin rolu və əhəmiyyəti xüsusi qeyd edilməlidir.

Alim haqqında müəyyən məlumat üçün qaynaqlar:

1.https://turkicacademy.org/ru/novost-akademii/ushyol-iz-zhizni-izvestnyj-tyurkolog-sejsenbaj-kudasov

2.https://scholar.google.ru/citations?user=8lkIZ2cAAAAJ&hl=ru

3.https://philosophy.edu.az/index.php?newsid=1090

 P.S. Mənə çox təəssüflər ki, Seysenbay Kudasovla şəxsən görüşmək qismət olmadı. Amma internet vasitəsilə əlaqə yaradardıq. Fikir mübadiləsi aparardıq, biri-birimizlə öz mülahizələrimizi bölüşərdik. Ən əsası isə biri-birimizdən öyrənməyə çalışardıq. Yaşca məndən böyük olduğu üçün həmişə ona qardaş deyə müraciət edərdim. Tədqiq etdiyi və yazdığı elmi əsərlərlə Ermənistanın qədim türk yurdu olduğunu elmi faktlarla sübut edən əsl tarixçi-alim idi.

Allah sənə qəni-qəni min rəhmət eləsin qardaş. Axırıncı dəfə Şimkənddə zəlzələ baş verəndə yazışmışdıq. Cavab verdin ki, bizdə zəlzələ 2-3 bal gücündə hiss edildi. Seysenbay sən indi Haqq dünyasındasan. Sənin kimi alimlərimizi itirmək çox ağrılıdır. Ruhun şad olsun, məkanın cənnət.


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.