31 mart azərbaycanlıların soyqırımı günü


Azərbaycan və onun ərazisində yaşayan xalqlara qarşı erməni soyqırımının tarixi XVIII əsrdən də lap qədimlərə gedir. Heç nə unudulmur və unutmadıq!

Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu təqvim XX yüzillikdə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım və deportasiya siyasəti uzun bir tarixə malikdir. Tarixi hadisələrin düzgün işıqlandırılması problemi bu gün bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. Azərbaycan xalqının həyatında isə elə böyük tarixi faciələr vardır ki, onlar haqqında hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur. Ziyalılarımız, alimlərimiz uzaq və yaxın keçmişimizdə baş verən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidirlər. Bu mənada ermənilərin əsrlərdən bəri bəşəriyyət əleyhinə törətdikləri cinayətləri, xüsusilə azərbaycanlılara qarşı  apardıqları soyqırım və deportasiya siyasətini araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mühüm problemlərdəndir.Tarixi qaynaqlarla tanışlıq zamanı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar, deportasiya siyasətləri barədə məlumatları oxuduqca insanlıq əleyhinə yönəlmiş vəhşi xislətli  əməl sahiblərinə qarşı nifrət birə-min artır.

Tarix bir millətin taleyində dönə-dönə qara səhifələrlə təkrarlananda çox vaxt bəxt- tale deyilən bir anlayışla ya razılaşır, ya da öz fəaliyyətsizliyindən başına gətirilən münasibətlərə xalqın içində bir üsyan baş qaldırır. Qəlbi təmizliyinə, ürəyi açıqlığına, qonşularına yalnız firəvan həyat arzulayan biz azərbaycanlıların tarixi keşməkeşli günlər, qara səhifələrlə zəngindir. Çünki biz, edilən pislikləri tez unudur, sözün həqiqi mənasında tapdanan haqqımızın bərpasını tələb etməyi bacarmırıq. Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə parçalanmış, lakin bu parçalanma xalqımızın nə dilinə, nə  dininə  nə də ki, mədəniyyətinə təsir edə bilməmişdir.

Azərbaycanlılara qarşı müntəzəm olaraq yeridilən bədnam soyqırımı və deportasiya siyasətinin yüzillərlə ölçülən uzun tarixi vardır. XIX əsrin əvvəllərindən  başlayaraq ardıcıl olaraq tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi surətdə məskunlaşdırılmışlar. Qafqazda Ermənistan dövlətinin yaradılması, azərbaycanlıların ata-baba yurdlarından qovulması, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Soyqırım və deportasiya prosesi mərhələlərlə, müxtəlif  tarixi şəraitdə, düşünülmüş planlar əsasında yerinə yetirilmişdir. Ermənilər xalqımıza qarşı daim millətçilik, şövinizm ruhunda tərbiyə olunmuşlar. 1917-ci ilin axırlarında Sovet Rusiyasında bolşeviklər və erməni - daşnaq qüvvələri Azərbaycanı milli münaqişələrin təcrübə meydanına çevirdilər. Yaradılma məkanı iki dəniz arası  kimi seçilmiş, lakin heç vaxt mövcud olmamış: “Böyük Ermənistan” iddiası - türk dünyasının inkişafına əngəl olan “Qordi düyününə” çevrilmişdir. Mənfur ermənilər torpaqlarımızda məskunlaşmağa başladıqları dövrdən xalqımıza qənim kəsilmiş, azərbaycanlıları öldürərək torpaqlarımızda çoxluq əldə etmək istəmişlər. Öldürə bilmədiklərini isə nəyin bahasına olursa olsun öz doğma ata-baba torpaqlarından qovmuşlar. Xalqımızı fiziki cəhətdən məhv etmək planını həyata keçirərkən ən iyrənc vasitələrdən -repressiya, deportasiya, terror, kütləvi qırğın, uşaqlara, qadınlara, qocalara aman verməmək kimi vasitələrdən istifadə etmişlər. XX əsrdə xalqımız dəfələrlə  soyqırım və deportasiyaya məruz qalmışdır: Beləki, 1905-1907, 1918-1920, 1929-1939, 1947-1953, 1988-ci ildən bəri baş verən məlum hadisələrdir. Bu dövrlər ərzində 2 milyondan çox azərbaycanlı deportasiya və soyqırıma məruz qalmışdır.

Tarixi fakt: Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarından 1948-ci ildə 10 min; 1949-cu ildə 50 min; 1950-ci ildə isə 50 min nəfər azərbaycanlı yüzillər boyu yaşadığı öz ata-baba torpaqlarından zorla çıxarıldı, Sabirabad, Saatlı və digər Aran rayonlarında yerləşdirildi. Dağlıq yerlərdə yaşamış insanların Kür-Araz ovalığına, yaşayış üçün heç bir şərait yaradılmayan yerlərə köçürülməsi çox ağır nəticələr verdi. Çox keçmədən köçürülənlərin üçdə bir (3/1) hissəsi məhv oldu. 1988-ci ildə isə azərbaycanlılar bir nəfər kimi Ermənistandan qovuldular. Üstəlik Qarabağ və onun ətraf rayonları erməni faşistləri tərəfindən işğal olundu. Əslinə qalsa XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan öz torpaqlarının 80 %-ni itirmişdi.

1918-ci ilin mart ayında Bakıda baş vermiş qırğın - xalqımıza qarşı törədilən cinayətlərin ən dəhşətlilərindən biri olmuşdur. 1918-ci il martın 30-u -aprelin 1-də bolşevik-daşnak hökumətinin başçısı S. Şaumyan Bakıda qırğına başladı. Rəsmi məlumatlara görə təkcə Bakı şəhərində 20 min soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bakıdakı qırğın zamanı ermənilər memarlıq abidələrimiz olan İsmailiyyə binasını yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” və digər qəzet və jurnal redaksiyalarını dağıtmış, Təzə Pir məscidinə böyük ziyan vurmuşdular. Erməni vəhşilikləri bununla bitmədi. Erməni komandiri Lalayanın dəstəsi Şamaxıda günahsız insanlara qanlı divan tutdu. O dövrün rəsmi məlumatlarında öldürülənlərin sayı 8 min nəfər göstərilir. Əslində isə daha çox insan qətlə yetirilmişdir.  Bu qətl və qırğınlar digər bölgələrimizdə - Quba, Xaçmaz, Göyçay, Lənkəran, Qarabağ, Naxçıvan, Salyan, Hacıqabulda da törədildi. Bu qırğınlar zamanı tarixi abidələrimiz, mədəniyyət nümunələrimiz dağıdıldı. Ermənilər öz xarakterlərindəki vandalizmi son həddədək nümayiş etdirdilər. Bütün bunlar son onilliklərə qədər dünya ictimaiyyətinə, hətta öz vətəndaşlarımıza da doğru - düzgün çatdırılmayırdı. Bu gün  tarixi həqiqətlərin öyrənilib araşdırılmasında, bu həqiqətlərin xalqımıza və eləcə də dünyaya çatdırılmasında hələ çox işlər görməliyik. Biz xalqımızın düçar olduğu deportasiya və soyqırım hadislərinində şəhid olanlarımızı anmaqla yanaşı, öz tariximizi də dərindən öyrənməliyik. Başımıza gətirilənləri dünya ictimaiyyətinə çatdırmalıyıq ki, ermənilərin kim olduğunu hamı bilsin. Xalqımıza qarşı bu qəddar tədbirlərə, soydaşlarımızın həyatına və əmlakına qarşı zorakılıqlara yalnız illər keçdikdən sonra hüquqi qiymət verildi. 1997-ci il dekabrın 18-də Azərbaycan Respublikası Prezidenti H. Əliyevin imzaladığı fərmanla 1948-53 - cü illərdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası etnik təmizləmə və soyqırımı siyasəti kimi qətiyyətlə pislənildi. 1998-ci il 26 mart tarixli digər fərmanla “31 mart azərbaycanlıların soyqırımı günü” elan edildi. Azərbaycan həqiqətləri  xarici ölkələrdə sistemli şəkildə təbliğ olunmalıdır. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım və deportasiya siyasətinin məqsədlərini, təcavüzkarlıq siyasətinin mahiyyətini dünya ictimiyyətinə çatdırmaqla sabah ermənilərin məkrli əməlləri ilə üz-üzə qalacaq insanları erməni hiyləsi, erməni xisləti ilə yaxşı-yaxşı tanış etmək üçün öz səylərimizi birləşdirmək vaxtıdır. Bu yolda atılan ilk addım 2001-ci il noyabr ayında Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı olmuşdur. Məhz Ülu öndər H. Əliyevin xidmətləri sayəsində Dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq mümkün oldu. Ülu öndər azərbaycanlıları qəvlət yuxusundan oyatmaqla onları başa saldı ki, xalqın ən yaxşı oğul və qızları öz milləti və Vətəninin rifahı naminə çalışmalıdır. Bir şeyi dərk etmək lazımdır ki, ermənilərin məqsədi torpaqlarımıza sahib olmaq idi. Xalqımıza qarşı törədilən soyqırım və deportasiya isə bu məqsədi həyata keçirmək üçün bir vasitədir. Biz xalqımızın düçar olduğu soyqırım günlərində şəhid olanlarımızı anmaqla yanaşı, öz tariximizi də dərindən öyrənməliyik.

P.S. Mən yanvaram...Yuxusuz gecələrdə meydanlarda tonqal qalayıb xalqının xoş gələcəyini xəyallarında quran, əslində isə öz ölümünü gözləyən şəhidlərin haqq səsiyəm.

Mən fevralam - Xocalı faciəsini gözləri ilə görən fevral... Bu gözlər əsrin ən dəhşətli faciəsini gördü…

Mən martam - 31 mart. Mən yeni açilmiş yaz çicəklərinin üzərinə səpələnmiş günahsız qurbanların saçlarını darayan sərin səhər mehiyəm...
Mən apreləm...Döyüşə atılan  Azərbaycan əsgərinin nərə səsiyəm!

Artıq biz qalibik! Torpaqlarımız düşmən tapdağından xilas olmuşdur.

Müzəffər Ali Baş Komandan, Ordu və Xalq birliyi var olsun!

Gün o gün olsun, Azərbaycan birləşsin, vahid olsun!

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.