Enox və müşahidəçilər: mələklər və cinlərin əsl hekayəti


 “Dünyada hər bir varlıq bir mələyin himayəsi altındadır”.

 -Müqəddəs Avqustin- (354-430).

2002-ci ildə Britaniyanın “The Sunday Telegraph” qəzetində  Vatikanın kanonik Bibliya mətnlərində qeyd olunmayan mələklərə pərəstiş etməyi qadağan etdiyini barədə məlumat verildi. Bu, Roma katolik kilsəsinə yeni üzvlər cəlb etdiyi iddia edilən bəzi adı açıqlanmayan “Yeni Əsr qrupları”nın təsirinə qarşı çıxmaq cəhdi idi. Bundan sonra dualar yalnız “Müqəddəs Kitab”mda adı çəkilən üç əsas mələyə - Mikayıl, Cəbrayıl və Rafaelə verilə bilərdi. Apokrifik və qadağan olunmuş “Enox kitabı”na əsasən, Yaradanın qanununu pozan pis yola düşmüş mələkləri və ya müşahidəçiləri bağlamağa məsul olan bu mələk varlıqlar idi. Xəbərdə deyilirdi ki, ilk kilsənin Əhdi-Ətiq peyğəmbəri və patriarxı Enoxa aid edilən bu kitabı “Müqəddəs Kitab”ın kanonik versiyasından çıxarıb, çünki o, həlak olmuş mələkləri və onların fəaliyyətini təsvir edir. Müşahidəçilər (gözətçilər)  və ya göydən gəlmiş mələklər kimlərdir və nə üçün erkən kilsə və müasir Vatikan onlar üçün bu qədər narahatdırlar? Hekayə Yaradılış 6:1-4-də başlayır: “İnsanlar yer üzündə çoxalmağa başlayanda və onların qızları dünyaya gələndə, Yaradanın oğulları bəşər qızlarının gözəl olduğunu gördülər və onları özlərinə arvadlar seçdilər”. Ənənəvi olaraq, Yaradanın  oğulları və ya “Ben Elohim” bir neçə yüz nəfər idi və onlar Hermon dağında Yerə enmişdilər. Maraqlıdır ki, bura həm “kənanlılar”, həm də onların torpaqlarını işğal edən yəhudilər üçün müqəddəs yer idi. Sonrakı dövrlərdə dağın yamaclarında Baal, Zevs, Helios, Pan tanrılarının və ilahə Astartenin ziyarətgahları tikilmişdir. Bu “Ben Elohim” və ya “düşmüş mələklər” həm də gözətçilər İrin adlanırdı. Yəhudi mifologiyasında İrin əvvəlcə göydə Allahla birlikdə yaşayan və insan görünüşünə malik mələklərin ən yüksək sırasında idi. “Müşahidəçi” adı sadəcə olaraq “izləyən”, “oyaq olanlar” və ya “yatmayanlar” deməkdir. Bu başlıqlar qədim zamanlardan bəri müşahidəçilər və bəşəriyyət arasındakı unikal əlaqəni əks etdirir. Ezoterik Lusifer ənənəsində, onlar ibtidai insanların yer üzündə çobanları olmaq üçün Yaradan tərəfindən yaradılmış mələk varlıqlarının xüsusi elit qrupu idi. Onların vəzifəsi insan növünün inkişafını müşahidə etmək və tərəqqi haqqında hesabat vermək idi. Bununla belə, ilahi iradə ilə onlara insanın təkamülünə mane olmamaq əmri verilmişdir. Təəssüflər olsun ki, onlar həm özləri, həm də insanlar üçün dəhşətli nəticələrlə bəşəriyyət üçün müəllim olmaqla, Yaradanın əmrinə məhəl qoymayaraq, əmrlərinə tabe olmamağa qərar verdilər. Müşahidəçilər və onların fəaliyyətləri haqqında ən çox məlumat Enoxun apokrifik kitabından gəlir. Pravoslav İncilində ibranicə “hanoch” və ya “mentor” dan olan peyğəmbər Enox sirli bir şəxsdir. Yaradılış 4:16-23-də o, “ilk qatil” Qabilin oğlu kimi təsvir edilir və atasının tikdiyi ilk şəhər onun adını daşıyır. Daha sonra Yaradılış 5:18-19-da, bir neçə nəsildən sonra Enox Yaradan oğlu adlanır və onun sağlığında gözətçilər ya gəlib, ya da insan bədənində təcəssüm tapıblar. Musa “On Əmri” də qəbul edərkən, guya “Rəbbin mələyi”nin Sinay dağında ona diktə etdiyi apokrifik “Yubileylər Kitab”ında deyilir ki, Enox “yer üzündə yazı, biliyi və hikməti öyrənən ilk insandır”. Orada deyilir ki, Enox “Cənnət əlamətlərini” (burcləri) aylar üzrə kitabda yazmışdır ki, insanlar ayların sırasına görə fəsillərin dəyişməsini və onlara uyğun ulduz və planet təsirlərini bilsinlər. Buradan belə nəticə çıxır ki, Enox bu məlumatı yer üzündən kənar mələk mənbələrindən, yəni müşahidəçilərdən alıb və buna görə də o, mədəniyyət nümunəsi olub.

Göydən enmiş mələklər insanlığa öyrədir

İki yüz “göydən enmiş  mələk” səmavi kürələrdən Hermon dağının zirvəsinə enmiş və onlar insan qadınlarının gözəlliyinə o qədər məftun olmuşdular ki, yeni maddi bədənlərindən istifadə edərək onlarla intim münasibətə girmişlər. Bu, Yehovanın qəzəbinə daha da səbəb oldu və Müqəddəs Kitaba görə, göydən enmişlərin  fanilərlə bu qarışmasının nəticəsi yarı mələk, yarı insan nəslinin yaradılması oldu (Yaradılış 6:4). Bu uşaqlar nefilimlər adlanırdı və onlar bir vaxtlar qədim Yer kürəsində məskunlaşmış nəhənglər irqi idi. Göydən enmiş mələklər arvadlarına və uşaqlarına müxtəlif yeni texnoloji bacarıqlar, sehrli biliklər və gizli hikmət öyrədirdilər. Bu, psixi qabiliyyətlərin və sehrli güclərin ilkin insanlar tərəfindən mələk səltənətlərindən alınan qədim irs olduğunu göstərir. Lusifer ənənəsində bu, ruhani və məcazi mənada cadugər və sehrbazların sahib olduğu “cadu qanı”, “elf qanı” və ya “pəri qanı” kimi tanınır. Enox  kitabında deyilir ki, göydən gəlmiş mələklərin lideri Azazel (Əzazil, Əzrayıl) idi və o, tez-tez Lüsifer (“işıq gətirən”) və ya Lumiel (“Yaradanın işığı”) ilə eyniləşdirilir. Azazel (Əzazil)  insanlara qılınc düzəltməyi, qalxan və zireh hazırlamağı öyrətdi. O, onlara metallurgiya və yerin dərinliklərindən filizlərin çıxarılmasını, həmçinin müxtəlif metallardan istifadə etməyi öyrətdi. O, qadınlara qiymətli metallardan və daşlardan bilərzik, zərgərlik, üzük və boyunbağı hazırlamaq sənətini öyrətdi, sürmə ilə “göz qapaqlarını boyamağı” və əks cinsi cəlb etmək və şirnikləndirmək üçün kosmetik hiylələrdən istifadə etməyi göstərdi. Enoxa görə, bu əməllərdən çoxlu “pisliklər” yarandı və pozğunluğa təslim olmuş kişilər və qadınlar yoldan çıxdılar. Bu, qadınlara qızıl parçalardan və bilərziklərdən boyunbağı tikməyi öyrətdikləri üçün erkən kilsənin göydən gəlmiş  mələklərini qınaması üçün əsas idi. Müqəddəs Pavel qadınların sinaqoqda başlarını örtməli olduğunu söylədi (Korinflilərə 11:5-6). Bu, göydən gələn mələklərin guya uzun, dağınıq saçlı qadınları cəlb etməsi ilə əlaqədar idi. Qadınların kilsələrdə başlarını örtmə adəti katolikdə, pravoslavlıqda və islamda qorunub saxlanılmışdır. Göydən gəlmiş  mələk Əzazilin  başqa bir forması, Enoxa görə, insanlara köklərdən istifadə etməyi və sehrli sehr sənətini öyrətdi; mələk Armaros- sehrləri dağıtmaq (qovmaq); Barakical - astrologiya; Kokabiel - bürclər haqqında bilikləri (astronomiya); Azakiel - buludlar və səma haqqında bilik (meteoroloji sehr və falçılıq); Şəmsiel - Günəşin əlamətlərinə (günəş sirləri); Sariel - Ayın dövrlərinə (bağçılıqda, əkinçilikdə və ayın ezoterik sirlərində istifadə olunan ay dövrləri); Penemuel insanlara yazı və oxumaq sənətini və Qaşdeyən  - xəstəliklərin diaqnozu və müalicəsi, eləcə də tibb elmləri öyrətdi. Müşahidəçilərin mentorluq qabiliyyətlərinin bu təsvirlərindən görünür ki, onlar ilkin insanlar üçün mədəni modellər və sivilizasiyanın daşıyıcıları olublar. Buna görə də qəribədir ki, ortodoksal yəhudi-xristian dini mətnlərində onlar bəşəriyyəti korlayanlar kimi təqdim olunur. “Yaradanın oğulları” və Rəbbin mələkləri”nin ilkin yüksək statusu və həqiqi təbiəti haqqında bəzi fikirlərə mələk ənənəsinin qədim salnaməsində rast gəlmək olar. Məsələn, Kokabiel “ulduzları idarə edən böyük mələk şahzadəsi” kimi təsvir edilir. O həm də “Siviliya orakulları”nda ölülərin ruhlarını yeraltı dünyadakı mühakimələrə aparan göydən gəlmiş mələklərdən biridir. Yəhudi folklorunda bu “qüdrətli döyüşçülərdən” bəzilərinin yəhudilikdə ölülərin evi olan Şeolda onlar üçün xüsusi yer hazırladığına inanılır. Orada, necə deyərlər, təntənəli şəkildə “qalxan və nizə toxunulmaz” uzanırlar. Kristian Obrayen Bibliyadakı müşahidəçilər ilə Qədim İrlandiya folklorunun “Tuatha Dé Danann”ın (“İlahə Danu Uşaqları”) yarı mifik -yarıtanrıları arasında əlaqə olduğunu irəli sürmüşdür. Qədim sehrbazların bu irqi bir vaxtlar İrlandiyanın müqəddəs Tara təpəsinə enmişdi. Xristianlığın gəlişi ilə “Tuatha Dé Danann” “çuxur təpələrə”  sürgün edildi və İrlandiya nağıllarının elfləri və pəriləri olan” Şi və ya Parlayanlar” oldu. İrlandiyalı kəndlilər arasında həmişə güclü bir inam var idi ki, göz qamaşdıran insanlar əslində “Cənnət döyüşündə” Lüsiferin tərəfini tutan göydən gələn mələklərdir. Bu məqalə boyu biz ardıcıl olaraq müşahidəçilərə ölümlü qadınlarla cinsi əlaqədə olmaq üçün fiziki bədənlərə daxil olan ruhi formada mələk varlıqlar kimi istinad etdik. Son illərdə onların əslində yer mənşəli olduğunu iddia edən əhəmiyyətli miqdarda spekulyativ ədəbiyyat nəşr edilmişdir. Endryu Kollinz, Qrem Henkok və Yan Loyson tərəfindən yazılmış məşhur bestsellerlərdə iddia edilir  ki, müşahidəçilər haqqında Bibliya mifi itirilmiş sivilizasiyadan olan fövqəlbəşərlərin qədim “ağsaqqal irqi”  haqqında xatirələri təmsil edir və texnologiyalarını daha primitiv insanlara öyrədir. Y. Layson, bu (naməlum) qədim irqin erkən insanlara kömək etmək üçün yer üzündəki bədənlərə çevrilmiş, lakin bu prosesdə onlar tərəfindən pozulmuş yüksək inkişaf etmiş ruhlar ola biləcəyini fərz edir. E. Kollinz də bu yaxınlarda əfsanənin sehrli tərəflərini araşdırmaq üçün yeni bir layihəyəyə başlamışdır.

Göydən gəlmiş mələklər mifinin simvolizmi

Göydən gəlmiş mələklər, Lüsiferin cənnətdən qovulması və Eden bağı dastanında təqdim olunan insanın yıxılması mifinin ezoterik mənası nədir? Babil, Xet, İran, Misir, Yunan və Skandinaviya mifləri müxtəlif formalarda ümumbəşəri nizam və harmoniyanı təcəssüm etdirən ali “ata tanrının” ilahi hakimiyyətə meydan oxuyan və onu devirməyə çalışan gənc üsyankar tanrı ilə mübarizəsini təsvir edir. Simvolik olaraq Lüsifer və ya Lumiel ışıq rəbbi kimi tanınır, çünki o, yaradılışın ilk oğludur. O, Kainatın aktiv kosmik enerjisini təmsil edir və od, işıq, fallik güc, müstəqil düşüncə, şüur, tərəqqi, azadlıq və müstəqillik ilə eyniləşdirilir. Müasir teosofiya cəmiyyətinin qurucusu madam Yelena Blavatskaya, ışıqdaşıyıcını “intellektual maarifləndirmə və düşüncə azadlığı ruhu” kimi təsvir edir, onun təsiri olmadan bəşəriyyət “heyvanlardan yaxşı olmayacaq” deyir. Bibliyada Lüsifer (yaxud səhvən Şeytan adlandırılır) çox vaxt əjdaha və ya ilanın sürünən formasında təsvir edilir. Qərb mifologiyalarında bu məxluq adətən səhvən qaranlıq, xaos və şər qüvvələrin simvolu kimi təqdim olunur. Əksinə, Şərq mifologiyasında əjdaha məhsuldarlıq və uğurlar rəmzi olan xeyirli əlamətdir. Lumiel-Lüsifer, yaradılışda təsvir edilən Eden mifində tez-tez ilanla eyniləşdirilir. Lusifer ənənəsində Bibliya ilanı ilk insanları Rəbbin onlara qoyduğu mənəvi cəhalətdən azad edən biliyin, müdrikliyin və maarifçiliyin təcəssümü kimi hörmətlə qarşılanır. İlan, Adəm və Həvvanın gözlərini sanki yaradılmış Kainatın gerçəkliyinə və maddi dünyanın möcüzələrinə açan xarici azadedici qüvvənin simvolu kimi qəbul edilir. İlan və ya əjdaha,  kainatı başlatan ilahi səma hadisəsindən sonra (müasir elm adamları tərəfindən “Böyük Partlayış” kimi tanınır) Lüsifer və işığın parlaması ilə əlaqəli günəş fallik qüvvəsinin və ya həyat enerjisinin qədim mifik və arxetipik obrazıdır. İlk kişi və qadın astral və ya səma bağında Xeyir və Şəri bilik ağacının qadağan olunmuş meyvəsini yeyəndə fərqinə vardılar. Onların ilk dərk etdikləri fiziki “ət paltarlarının” çılpaq olması idi. Onlar cinsi əlaqə və səmərəsiz cinsi fəaliyyətlərlə oyandırılan “ilan gücü” və ya “kundalinini” dərk etdikləri üçün cinsi orqanlarını örtməyə tələsdilər. Onlar həmçinin doğum, həyat, ölüm və yenidən doğulma dövrünü, eləcə də insan ruhlarının fiziki formada təcəssümünü başlatan həyat ağacından yedilər. Maraqlıdır ki, antropoloq və şaman müəllimi doktor Maykl Harner halüsinogen “ayayaski” üzümünü yedikdən sonra Peru Amazon cəngəlliyində keçirdiyi təcrübəni təsvir edib. O, əjdaha fiqurlu bir gəmi və quş başlı insanlardan ibarət ekipajı görmüşdür. Sonra o, hər bir insanın beyin sapında, kəllə sümüyündə və onurğanın yuxarı hissəsində yaşadığına inandığı qədim sürünən canlılar irqi ilə qarşılaşmışdır. Bu sürünən həyat formaları doktor Harnerə əsrlər əvvəl ulduzlardan Yerə gəldiklərini söyləmişlər. Guya onlar burada həyatı yaradıblar ki, gizlənəcək yerləri olsun və onlar planetin əsl ağalarıdır. Antropoloq qoca hind kahininə bunu deyəndə o, bu canlılar haqqında bildiyini söyləmiş və onları “Xarici Qaranlıqların Ağaları” adlandırmışdır. Gözətçilər mifi, Lüsiferin süqutu və insanlığın süqutu ilkin Yaradılış alatoranlığını və ya kosmik və yer üzünün harmoniyasının “Qızıl Dövrünü” simvollaşdırır. Qızıl Əsr və ya Yerdəki cənnət mifi, Lüsiferin cənnətdən qovulması və dünyanın rəbbi olan yaradılışın ilk oğlu kimi orijinal statusunun azalması ilə sıx bağlıdır. Simvolik, məcazi və fiziki müstəvidə bu, həm də müasir dövrümüzdə özünü göstərən insan və təbiətin ayrılması, insanların öz təbii yaşayış mühitindən uzaqlaşması ilə bağlıdır. Məhz Lusiferin və göydən gələn mələklərin insan təkamülünə qəsdən müdaxiləsi, kosmik hakimiyyətə heç bir laqeydlik deyil, nəticədə onların səmavi yüksəkliklərdən devrilməsinə səbəb olmuşdur. Müşahidəçilərin yeganə “cinayəti” onlara həvalə edilmiş insan “sürüsünün” tərəqqisini təşviq etmək istəyi idi. Lakin Lüsifer (İblis) insanın yaradılışını qəbul etməkdən imtina etməsi o demək idi ki, səmavi yüksəklikdən eniş qaçılmazdır. Lüsifer ənənəsində Lumielə xilas və kosmik plandakı ilkin statusuna qaytarılacağı vəd edilir. Ancaq bu, yalnız insan övladı mənəvi cəhətdən təkamül etdikdə baş verə bilər. Buna görə də, bu məqsədə çatmaqda bizə kömək etmək Lumiel və onun öyrədən mələklərinin maraqlarına uyğundur. Beləliklə, bəşəriyyətlə göydən enmişlərin  lideri arasındakı əlaqə mahiyyətcə simbiotikdir, çünki onlar bir-birinə ehtiyac duyurlar.

Mənbə: bit.ly/49f8lX3

Məqaləni rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

(P.S. Yaradana həmd olsun).

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.