BMT Azərbaycanın xəritəsini yeniləyib

 

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir”.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramı münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda bayram Novruz tonqalları ilə qeyd olunur. Deyildiyi kimi, oyun bitdi! Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə qeyd edəcəyimizi demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhundayıq. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il tarixində yenilənmiş, 3761 nömrəli xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”. Əlavə edək ki, BMT-nin 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsində Azərbaycandakı coğrafi adlar da təzələnib.

Qeyd edək ki, xəritədə Xankəndi, Xocavənd şəhərləri Azərbaycan toponimləri ilə qeyd edilib. Əvvəlki xəritədə isə Xankəndi “Stepanakert”, Xocavənd “Martuni” kimi qeyd olunmuşdu. Bundan başqa, xəritədə Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan 8 kəndi də göstərilib. Söhbət Qazaxın 7 kəndindən və Naxçıvanın Sədərək rayonunun 1 yaşayış məntəqəsindən gedir. Xatırladaq ki, Qazaxın işğal altındakı Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycan ərazisinə bitişikdir, qalan 3 kənd -  Yuxarı Əskipara, Sofulu və  Barxudarlı isə esklavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatələnib). Həmçinin Naxçıvanın Kərki kəndi də hər tərəfdən Ermənistan ərazisilə əhatələnmiş esklav yaşayış məntəqəsidir.

Mənbə:

https://xalqqazeti.az/az/siyaset/171719-bmt-azerbaycanin-xeritesini-yenileyib


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.