2023-2024-cü ilin Novruz təbriki

Dünya yaranandan bəri, kainat iki qüvvə arasında mübarizə meydanıdır. Sonumuz xeyirli olsun arzusu ilə bütün Azərbaycan xalqımı,Türk və bütün dünya xalqlarını, insanlığa qiymət verən hər kəsi Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bahar bayramınız mübarək! Havanın istiləşməsi ilə tezliklə bütün arzularınız gerçəkləşsin. Qəlbiniz və ruhunuz oyansın, baharın isti şüası sizləri isitsin. Novruz-Şərqin yeni ilidir, onu həm uşaqlar, həm də böyüklər qeyd edirlər. Süfrələriniz bol olsun və bütün ailənizlə süfrə arxasında toplanmaq nəsibiniz olsun! Əsrlərin dərinliklərindən gələn müqəddəs Novruz bayramına xoş gəldin deyin! Sizlərə əmin-amanlıq və firəvanlıq arzulayıram! Bayramınız mübarək!

P.S. Hörmətlə: Seyyub Əsədov (Seyyub Asadov)

Bu gün Günəş yaz bərabərliyi nöqtəsindən Bakı vaxtı ilə  20 Mart saat 07:06-da göyün Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçmişdir.  Bununla da Şimal yarımkürəsində Astronomik Yaz başlayıb. Yaz bərabərliyi günü gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur.  Sonra isə Yay günəşduruşu gününədək Şimal yarımkürəsində gündüzün, Cənub yarımkürəsində isə  uzunluğu artmağa davam edir. Qeyd edək ki, ekvatorda gecə ilə gündüzün uzunluğu il boyu dəyişməyərək 12 saat olur. Qütblərə doğru getdikcə isə bu fərq artaraq yay və qış günəşduruşu günlərində gündüz və ya gecənin uzunluğu 24 saata çatır. Bayramınız mübarək!

Mənbə:bit.ly/3vlKyae

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.