ABB
dayanıqlılıq sahəsində təşəbbüslərinin davamı olaraq BMT-nin Qlobal Sazişinə
qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun
dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır. BMT-nin Qlobal
Sazişinə üzv olması Bankın Dayanıqlı İnkişaf Məqsədləri (SDG), eləcə də
ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir.
Beləliklə, ABB Qlobal Sazişin 10 prinsipinə əməl edəcəyini bəyan etmiş olur. Xatırladaq
ki, ötən il ABB 2022-ci il üzrə beynəlxalq standartlara uyğun hazırlanmış
Dayanıqlı İnkişaf Hesabatını da təqdim edib və dayanıqlılıq istiqamətində fəaliyyətini
ictimaiyyətlə paylaşıb.
Karbon
emissiyasını, kağız, elektrik enerjisi və yanacaq istehlakını azaldıb. 2023-cü
ildə də ABB yaşıl bankçılıq istiqamətində əhəmiyyətli nəticələr əldə edib. Ötən
il müştəri və işçi sayının artmasına baxmayaraq, bankdaxili fəaliyyət nəticəsində
ABB ətraf mühitə emissiya olunan karbon qazının həcmini (“Scope 1 & 2”) 5%
azaldıb. Beləliklə, ABB karbon emissiyasının həcmini 2023-cü ildə əvvəlki illə
müqayisədə hər işçi üzrə 16% azaltmağa nail olub. Eləcə də, 2023-cü ildə ABB
bir müştəri üzrə kağız istehlakını 2022-ci illə müqayisədə 28% azaltmağa nail
olub. Həmçinin, Bankın bir əməkdaşı üzrə elektrik enerjisi və yanacaq
istehlakında da ötən illə müqayisədə müvafiq olaraq 10% və 16% azalma qeydə
alınıb. ABB ətraf mühitlə bağlı layihələrini də uğurla davam etdirib. Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, eləcə də Visa şirkəti ilə əməkdaşlıq əsasında ölkəmizin
ilk ekoloji bank kartı olan TamEco-nu bazara təqdim edib. Bu layihə üzrə ölkə ərazisində
36 000 ağac əkilib. 2023-cü ildə ABB dayanıqlı bankçılığa xidmət edən texnoloji
innovasiyaları da geniş tətbiq edib. TamDigi kartının təqdimatı ilə fiziki
karta tələb azaldılıb. Rəqəmsal kredit və əmanət məhsullarının təklif olunması
ilə fiziki sənəd dövriyyəsinin azaldılmasına zəmin yaradılıb. Qısa müddət ərzində
100 000-dən çox kart plastik və kağız istifadəsi olmadan təqdim edilib. Eləcə də
200 000-dən artıq kredit və 1000-dən çox əmanət müraciəti kağız istifadəsi
olmadan tam rəqəmsal formada icra olunub. BMT-nin dayanıqlı inkişaf məqsədlərinə
uyğun olaraq gender bərabərliyini qoruyur. ABB gender bərabərliyinin
qorunmasına və qadınların karyera inkişafına da xüsusi diqqət ayırır. Son illər
ərzində Bankda işə götürülən qadın işçilərin sayında əhəmiyyətli artım
tendensiyası qeydə alınıb. Nəticədə 2023-cü ildə ABB-də qadın əməkdaşların sayı
əvvəlki illə müqayisədə 15% artaraq 1437 nəfərə çatıb. Rəhbər vəzifələrdə
çalışan qadınların sayı isə 33% artımla 108 nəfər təşkil edib. KSM layihələri
ilə dayanıqlı inkişafa töhfə verir.
ABB
ölkəmizdə təhsilin, idmanın, mədəniyyətin inkişafına dəstək layihələrini də
davam etdirməkdədir. 2023-cü ildə ABB Tech Akademiyasının təşkilatçılığı ilə
Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib.
Bankın müxtəlif ali təhsil müəssisələri ilə tərəfdaşlığı əsasında ayrı-ayrı
universitetlərdə də karyera günləri təşkil olunub. İndiyə qədər ABB Tech
Akademiyasının 30-dan artıq proqramından 603 nəfər məzun olub. 35%-i ABB-də
olmaqla məzunların ümumən 82%-i 130-dan artıq yerli və xarici şirkətdə işə qəbul
edilib. ABB tələbələr arasında “TamGənc Basketbol Liqası”na, Təhsilin İnkişafı
Forumuna, DOST Agentliyinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə BDU-da
fiziki məhdudiyyətli gənclər üçün təşkil etdiyi “Sərhədsiz istedadlar” sərgi-yarmarkasına
da dəstək verib. Bank həmçinin Riyaziyyat sahəsində xüsusi istedada malik gənclər
üçün Yay Riyaziyyat Düşərgəsi təşkil edib. ABB-nin gələcək inkişaf
strategiyasında da dayanıqlılıq mövzusu əsas istiqamətlərdən biri kimi nəzərdə
tutulub. Bank bu il Azərbaycanın ev sahibliyi edəcəyi, dayanıqlılıq və iqlim dəyişikliyi
üzrə qlobal nüfuzlu tədbir olan COP29-da iştirak perspektivlərini də nəzərdən
keçirir. Gələcək planlarının tərkib hissəsi kimi, ABB artıq BMT-nin İqlim Dəyişiklikləri
uzrə Çərcivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi Yaşıl İqlim Fondu
(“Green Climate Fund”) ilə akkreditasiya prosesinə başlayıb. Bu Fondla əməkdaşlıq
əsasında yerli bizneslərin dayanıqlı inkişaf istiqamətində təşəbbüslərini
maliyyələşdirməyi nəzərdə tutur. ABB yaxın dövrdə karbon kreditlər, dayanıqlı
istiqrazlar və kreditlər kimi yaşıl bankçılıq və dayanıqlı maliyyələşmə ilə
bağlı bir çox sahələrdə müştərilərə müxtəlif yeniliklərin təklif edilməsi üçün
araşdırmalarını davam etdirir. Həmçinin kağız və digər təbii resurlardan
istifadəyə qənaət məqsədilə müxtəlif yeni rəqəmsal və fiziki həllərin tətbiqini
hədəfləyən layihələrin icrasını planlaşdırır.
Mənbə:
bit.ly/3wSc27U