Sözlər
bitəndə
Mixael Laytman yazır...
İtirmə
ağrısı çətin bir ağrıdır və insanlar bunun öhdəsindən müxtəlif yollarla gəlirlər.
Bəzi insanlar özünü saxlaya bilməyib
ağlayır. Bəziləri isə ağrılarını içəridə boğaraq göz yaşlarını saxlayarlar.
Onlardan hansının daha çox əziyyət çəkdiyini dəqiq söyləmək mümkün deyil -
ağlayanlar, yoxsa özlərinə qapanıb hisslərini biruzə verməyənlər. Bu gün ağlasaq da, ağlamasaq
da, məmləkətimizdə çox ağrı var. Qəddar terrorçularla döyüşlərdə həlak olan əsgərlərin
dərdi, HƏMAS-ın 3 aydan artıqdır yeraltı tunellərində saxladığı girovların dərdi.
Oğulları, ərləri və qardaşları Qəzza zolağında ölən ailələrin iztirabları…Bir də
çoxdan davam edən başqa bir ağrı var - parçalanmamızdan, xalqımızın müxtəlif təbəqələri
arasında hökm sürən nifrətdən. Bizi düşmən gülləsindən az öldürən nifrət. Bir
çox insanlar fərqlilikləri aradan qaldıra bilmədiyimiz və öz aramızda razılaşa
bilmədiyimiz üçün əsl ağrı hiss edirlər. Onlar bütün ürəkləri ilə istəyirlər
ki, biz dəyişək və bir xalq olduğumuzu xatırlayaq. Qonşuya məhəbbətə əsaslanan
xalq. Axı, bizi eqoist təbiətimizdən yuxarı qaldıran, Yaradanın bizə olan məhəbbətinin
hiss olunduğu ruhi səviyyəyə qaldıran bu məhəbbətdir. Təbii ki, Yaradanın köməyi
olmadan bu səviyyəyə yüksəlmək mümkün deyil. Fərqi yoxdur ki, O, qəlblərin
yaxınlaşması üçün istəklərimizə cavab vermir və xoşbəxtliyə aparan qapılar
bizim üzümüzə möhkəm bağlıdır.
Bir qapı var ki, həmişə açıq qalır. Ona “göz
yaşlarının qapısı” deyirlər.
Bu qapı insana o zaman görünür ki, sözünün tükəndiyini
və Yaradanı kömək etməyə inandırmaq üçün ona deyəcək heç bir sözü qalmadığını
hiss edir. Göz yaşlarından başqa çarə qalmır. İstədiyini ala bilməyəndə kədərlə
ağlayan uşaq kimi. Bu ağlamanın göz yaşları ilə müşayiət olunması lazım deyil.
Bu, ruhun daxili fəryadıdır, ürəyin dərinliklərindən qopan bir xahişdir ki,
mübarizəni dayandırıb bir-birimizə yaxınlaşaq və bununla da Yaradana
yaxınlaşaq. Gecə-gündüz dincəlməyən dərin arzunun ifadəsi olan fəryad. Bu, nə
sönmək, nə də ört-basdır etmək mümkün olmayan bir arzudur. Məhz bu cür
ağlamaqdır - çünki biz bizi korlayan nifrətdən əl çəkə bilmirik, fərqliliklərin
üstünə qalxa bilmirik və birliyə gələ bilmirik - bu, bizə həqiqətən kömək edən
yeganə şeydir. Ona görə də əsas odur ki, dayanma, sonra mütləq Yaradandan kömək
gələcək.
Mənbə:
https://www.michaellaitman.com/ru/articles/kogda-zakanchivayutsya-slova/
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
P.S. İnsan, dünya və bəşəriyyət. Onlar üçün Yaradan
birdir. Dilindən, dinindən və mənsubiyyətindən asılı olamayaraq! Yaradan özü
kömək olsun!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)