Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

 

10 yanvar saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə  şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi 10 yanvar 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

#MÜTDA #EduAz

Mənbə: bit.ly/3HcqRUs



Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.