Anastasia Lavrina: cənab Blinken üçün kiçik bir xatırlatma. …

 

ABŞ dövlət katibi Entoni Blinken azərbaycanlıların dini etiqad azadlığını şübhə altına alıb. Mən rus azərbaycanlısıyam. Artıq 33 ildir ki, mən Cənubi Qafqazda ən böyük rus icmasının, 120.000 etnik rusun təmsil olunduğu ölkədə yaşayıram. 2023-cü ildə icmamız 30 illik yubileyini qeyd etdi. Bütün bu illər ərzində Azərbaycanda heç bir etnik və dini zəmində hüquqların pozulması faktı qeydə alınmayıb. Biz kilsəyə gedirik, bayramlarımızı qeyd edirik, öz dilimizdə səlis danışırıq, Vətənimizi - Azərbaycanı ürəkdən sevirik. Azərbaycandakı ruslar hər zaman öz ölkələrini müdafiə etməyə hazırdırlar. 2020-ci ilin payızında bütün etnik qrupların nümayəndələrinin Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşdiyi 44 günlük Vətən Müharibəsi buna gözəl nümunədir. Biz birlikdə ədaləti bərpa etdik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəhayət bərpa olundu. Yeri gəlmişkən, nə Amerika Birləşmiş Ştatlarının daxil olduğu ATƏT-in Minsk Qrupunun, nə də heç bir beynəlxalq təşkilatın edə bilmədiyi işi bizim vahid xalqımız öz gücü ilə etdi. 30 ildən artıqdır ki, dünya Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən davam edən işğalına göz yumub. Azərbaycanın işğal olunmuş ərazilərində tarix, mədəniyyət və dini abidələrin dağıdılması beynəlxalq ictimaiyyəti narahat etməyib. Söhbət təkcə məscidlərdən deyil, həm də pravoslav kilsələrindən, erməni işğalçılarının dağıtdıqları və ya “yenidən bərpa etdikləri” alban kilsələrindən gedir. 1894-cü ildə əsası qoyulmuş və Azərbaycanın Xocavənd rayonunun mərkəzindən 13 km. aralıda yerləşən rus pravoslav kilsəsinin “Rəbbin Transfiqurasiyası” (Rəbbin Transfiqurasiyası- Xristian bayramı, bibliya ənənəsinə görə, Rəbbin yer üzündəki hər şeydən imtina etdiyi və şagirdlərinin qarşısına fərqli - fövqəlbəşəri, parlaq, ilahi bir obrazda göründüyü zamanın xatirəsi üçün qeyd olunur) şərəfinə inşa edilmiş məbəddən dağıdılmış divarlar, qalaq-qalaq xarabalıqlar və binanın yeganə sağ qalan fasadı qalır. İşğal illərində erməni silahlı qüvvələri ziyarətgahı tamamilə dağıdıdıblar....

(https://youtu.be/cyacJfkSEiA?si=lIkEwAcAkVf8J-ep)

Digər misal Azərbaycanın Tərtər rayonunun Talış kəndində yerləşən və erməni işğalçıları tərəfindən hərbi hissə tikilən yer rus pravoslav кilsəsinin məbədidir. Məbədin binasında pəncərə yoxdur, dam örtüyü bir neçə yerdə uçub, divarlarda güllə və mərmi izləri aydın görünür.

(https://youtu.be/pbgRzebfJwA?si=9MGQl226p3S1d3tf)

Bütün işğal dövründə Azərbaycan torpaqlarında 400-dən çox mədəniyyət, tarixi və dini abidə dağıdılıb. 67 məsciddən 64-ü dağıdılıb və ya əhəmiyyətli dərəcədə zədələnib, təhqir olunub. Eyni zamanda, XX əsrin əvvəllərindən başlayaraq müasir Ermənistan ərazisində yerləşən qədim Azərbaycan tarix və mədəniyyət abidələri də oxşar aqibətlə üzləşib. Ermənistanda 300-dən çox məscid qeydiyyatdan keçib və hazırda yalnız Göy Məscid qismən toxunulmaz olaraq qalır ki, bu da orijinal xüsusiyyətlərin dəyişməsi nəticəsində “farslara aid” kimi təqdim olunur. XX əsrdə azərbaycanlılar Ermənistandan kütləvi şəkildə deportasiya edilmiş, bu torpaqların Azərbaycana məxsus olduğunu göstərən bütün maddi sübutlar məhv edilmişdir. Vaxtilə Azərbaycan Vatikanda bir deyil, bir neçə Roma kitabxanasının katakombasını, qədim freskalarını, qədim əlyazmalarını bərpa etmək təşəbbüsü ilə çıxış etmişdir. Azərbaycanın öz ərazisində pravoslav və alban kilsələri, sinaqoqlar, hətta erməni kilsəsi var. Vaxtında aparılan bərpa və daimi texniki qulluq bütün binaları yaxşı vəziyyətdə saxlayıb. Azərbaycanda dini etiqad azadlığı məsələlərindən narahat olan ABŞ dövlət katibi cənab Blinkenə məsləhət görərdim ki, naməlum şəxs tərəfindən hazırlanan yoxlanılmamış məlumatlara istinad etməzdən əvvəl Azərbaycan demokratik cəmiyyətində təmsil olunan müxtəlif etnik qrupların həyatından real nümunələrə nəzər salmaq daha yaxşı olardı.

 (Şəkildə Azərbaycanın Xocavənd rayonunda yerləşən erməni işğalı zamanı dağıdılmış provoslav kilsəsi).

Anastasia Lavrina                          

Azərbaycandakı Rus icması sədrinin birinci müavini, CBC TV-nin aparıcı-şərhçisi, ADA Universiteti IDDTalks aparıcısı və tədqiqatçısı

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu- Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).  

Yazının əsli:

Anastasia Lavrina

@ALavrina

Board member - "YAP Youth Association", First Vice-Chairman - Russian Community; Presenter/Commentator - CBC TV; IDDTalks host & researcher - ADA University

Государственный секретарь США Энтони Блинкен усомнился в свободе вероисповедания жителей Азербайджана. Чтож, небольшая памятка для г-на Блинкена. На русском!

Я русская азербайджанка. Уже 33 года я живу в стране где представлена самая крупная русская община на Южном Кавказе, насчитывающая 120.000 этнически русских. В 2023 году наша община отметила свое 30-летие. За все эти годы, в Азербайджане не было зафиксировано ни единого случая ущемления прав по этническому признаку или на религиозной почве. Мы ходим в церковь, мы отмечаем наши праздники, мы свободно говорим на своем языке, мы любим искренне нашу Родину - Азербайджан.

Русские в Азербайджане всегда готовы встать на защиту своей страны. Прекрасный тому пример это 44-дневная Отечественная война, осенью 2020 года, когда представители всех этнических групп сплотились вокруг Верховного главнокомандующего Президента Ильхама Алиева. Общими усилиями мы восстановили справедливость. Территориальная целостность и суверенитет Азербайджана наконец восстановлены. Наш единый народ своими силами сделал то, что не смогли сделать ни МГ ОБСЕ, где кстати говоря были и Соединённые Штаты Америки, ни какая-либо международная организация. Более 30 лет, мир закрывал глаза на продолжающуюся оккупацию азербайджанских территорий соседней Арменией. Не беспокоило международное сообщество и то, что на оккупированных территориях Азербайджана уничтожались памятники истории, культуры и религии. Речь не только о мечетях, но и о православных храмах, об албанских храмах, которые армянские оккупанты уничтожали или перестраивали.

Разрушенные стены, груды руин и единственный уцелевший фасад здания – вот и всё, что осталось от храма Русской Православной церкви в честь Преображения Господня, основанной в 1894 году и расположенной в 13 км от центра Ходжавендского района Азербайджана. За годы оккупации Армянские вооружённые силы полностью разрушили святыню, разрушили 3 фасада, а здание, практически, разобрали на кирпичи.

(https://youtu.be/cyacJfkSEiA?si=lIkEwAcAkVf8J-ep)

Другой пример, храм русской православной церкви, расположенный в селе, Талыш, Тертерского района Азербайджана, рядом с которым армянские оккупанты построили военную часть. В здании храма окон нет, крыша обвалилась в нескольких местах, а на стенах ясно видны следы от пуль и снарядов.

(https://youtu.be/pbgRzebfJwA?si=9MGQl226p3S1d3tf)

За весь период оккупации на азербайджанских землях было уничтожено более 400 культурных, исторических и религиозных памятников. Из 67 мечетей 64 были разрушены или значительно повреждены и осквернены.

Между тем, аналогичная участь постигла и древние азербайджанские памятники истории и культуры, находящиеся на территории современной Армении. В начале XX в. в Армении было зарегистрировано более 300 мечетей, а в настоящее время частично невредимой осталась лишь Голубая мечеть, которую в результате изменения оригинальных особенностей преподносят как «персидскую». В 20 веке, азербайджанцев массово депортировали из Армении, а все вещественные доказательства, свидетельствующих о принадлежности этих земель Азербайджану, уничтожили.

В свое время, Азербайджан выступил с инициативой отреставрировать ни одни, а несколько римских катакомб, древние фрески, древние рукописи из библиотеки Ватикана. На территории самого Азербайджана есть православные и албанские храмы, синагоги, и даже армянская церковь. Своевременная реставрация и постоянный уход сохранили все здания в надлежащем состоянии.

Хотелось бы посоветовать Госсекретарю США г-ну Блинкену, который обеспокоился вопросами свободы вероисповедания в Азербайджане, прежде чем ссылаться на непроверенную информацию, подготовленную непонятно кем, лучше посмотреть на реальные примеры из жизни различных этнических групп представленных в демократическом обществе Азербайджана.

(На фото тот самый православный храм, в Ходжавенде, разрушенный в период армянской оккупации)

Qaynaq (Источник): https://x.com/ALavrina/status/1743337438322286641?s=20

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.