Orta əsrlərin heç vaxt baş vermədiyini iddia edən
inanılmaz fərziyyəyə baxış.
“The Public Medievalist” onlayn jurnalının baş
redaktoru və Smitson İnstitutunun elmi əməkdaşı Paul Stertevant tez-tez Orta Əsrlər
Avropası haqqında ictimai çıxışlar edir. Yazılarının birində qeyd ki, ən çox bəyəndiyi
şey izləyicilərinin maraqlı suallarını
cavablandırmaqdır. Adətən, natiq fikrini tamamlamazdan əvvəl cavabı hazır olurdu,
lakin bir sual onu qəfildən yaxaladı. Əfsanəvi ingilis qulduru Robin Qudla bağlı
mühazirə etdiyi zaman normal görünüşlü, “gözləri parıldayan” bir nəfər ayağa
qalxıb sual verdi: ”Bəs birdən bütün bunlar yalandırsa necə?”.
P. Stertevant deyir ki, bu adam ümumiyyətlə Avropada
614-cü ildən 911-ci ilədək heç bir hadisələrin baş vermədiyini və bu dövrə aid
bütün tarixi əsərlərin yalan olduğunu iddia edən psevdotarixi “xəyali zaman” və
ya “fantom zaman” fərziyyəsini qəbul edənlərdən idi.
Fantom zaman
fərziyyəsinin mənşəyi
Fantom zaman fərziyyəsi 1996-cı ildə mübahisəli
bestseller olan “Das erfundene Mittelalter: Die grösste Zeitfälschung der
Geschichte” (“İxtira edilmiş Orta əsrlər: tarixi zamanın ən böyük saxtakarlığı”)
kitabının nəşri ilə diqqəti cəlb edən alman naşiri və həvəskar tarixçi Heribert
İlligin ideyasıdır. İlliq öz tədqiqatında Yulian təqviminin (e.ə. 45-ci ildə
Yuli Sezar tərəfindən təqdim edilmiş) tarixini hal-hazırda istifadə edilən
Qriqorian təqviminin (eranın 582-ci ildə Roma Papası XIII Qriqori tərəfindən təqdim
edilmiş) tarixi ilə müqayisə etmişdir. O, iddia edir ki, hesablamalarına görə,
təxminən bu təqvimdə 297 il harasa yoxa çıxıb. Lakin İlliq bununla da dayanmır.
O iddia edir ki, itkin düşən illər Papa II Silvestr və Müqəddəs Roma İmperatoru
III Otto tərəfindən qurulan “sui-qəsdin” bir hissəsi kimi gizli şəkildə əlavə
olunub. Eranın VIII əsrində yaşayan Orta Əsr elitasının bu nümayəndələri guya
xronologiyanı elə tənzimləmək istəyirmişlər ki, onların hakimiyyəti 1000-ci ilə
təsadüf etsin. Yəni İsa Məsihin doğulmasından düz min il sonraya təsadüf etsin.
Hiylələrini gələcək nəsillərdən gizlətmək üçün Otto və Silvester uydurma hadisələri
və şəxsiyyətləri təsvir edən Orta Əsr əlyazmalarını yaratmaq və köçürmək üçün
katibləri işə götürlər. Bu əlyazmalar bütün Avropada monastır və kitabxanalara
paylandıqdan sonra əsl tarix kimi qəbul edilir. İlliq iddia edir ki, onların (“saxta
yazıların”) arasında frankların kralı və “Avropanın qurucusu” adlandırılan
Böyük Karl və vikinqləri qovmuş İngiltərə kralı Böyük Alfred kimi məşhur tarixi
şəxsiyyətlər də vardır. Bununla belə, İlliq Orta Əsrlərin bu dövrünü fantastika
adlandıran yeganə yazıçı olmayıbdır. Onun fantom zaman fərziyyəsinin
avrosentrik versiyası rus fərziyyəsi də mövcuddur. Moskva Dövlət
Universitetinin riyaziyyat professoru Anatoli Fomenko tərəfindən irəli sürülən
bu fərziyyədə, klassik Yunanıstan, imperator Roması, Çin sülalələri, firon
Misiri və digər qədim cəmiyyətlərin əslində Orta Əsrlərdə mövcud olmadığı,
sivilizasiyanın özü isə yalnız eranın 800-cü ilində başlandığı iddia edilir.
Fomenkonun düzəliş etdiyi təqvim keçmişin eyni dərəcədə təhrif olunmuş
versiyasını yaradır, burada
Əhdi-Cədid (Əhdi-cədid və ya Yeni and - xristian
Müqəddəs yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər) Əhdi-Ətiqdən (Əhdi-ətiq və ya Əhdi-qədim -
Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə.
III-II əsrlərdə tamamlanmışdır) əvvəl yazılmışdır, Troya müharibəsi və Səlib
yürüşləri də eyni dərəcədə münaqişəlidir. Çingiz xan və Hun hökmdarı Atilla
eyni şəxs olmuşlar....
Hipotezi
təkzib etmək
Əksər fantastikalar kimi, fantom zaman fərziyyəsi də
özündə kiçik bir həqiqət payını ehtiva edir. Məsələn, Erkən Orta Əsr əlyazmalarının
böyük əksəriyyəti həqiqətən də itirilmiş orijinalların surətləridir ki, bu da bəzi
detalların düzgünlüyünü şübhə altına alır. Bu da həqiqətdir ki, Avropa təqvimi
bir neçə dəfə dəyişdirilib və bir çox riyazi istedadlı rahiblər Milad, Pasxa və
digər dini bayramlar üçün uyğun tarixlər tapmaq üçün “teoloji mina sahəsini
tapdalayıblar”. Nəhayət, bu da həqiqətdir ki, tarixin çox hissəsini, xüsusən də
Qədim və Orta Əsrlər tarixini qaliblər yazmışlar. Bütün tarixi sübutlar, təqvimlər
də daxil olmaqla, sağlam bir “skeptisizm dozası” ilə öyrənilməlidir. Lakin
fantom zaman fərziyyəsi daha yaxından araşdırıldıqda yoxa çıxır. Avropa qitəsində
Erkən Orta Əsrlərə aid orijinal əlyazmalar çox olmasa da, Asiya, Afrika,
Avstraliya və Amerikadan olan sənədlər və artefaktlar bu “itirilmiş əsrlərin” həqiqətən
mövcud olmasına inandırıcı sübutlar təqdim edir. “İtkin əsrlər”in sübutunu təbiətdə
də tapmaq olar. Ağac halqaları zamanın
keçidini qeyd edir və günəş tutulması kimi astronomik hadisələrlə bağlı Qədim və
Orta Əsr sənədləri onların müşahidəçilərinin müxtəlif dövrlərdə yaşadığını göstərir.
Fantom zaman fərziyyəsinin nə üçün ortaya çıxdığını və bir çox qeyri-akademiklər
üçün niyə bu qədər cəlbedici qaldığını müzakirə edərkən, tarixçi və “Perspectives
on History” (Tarixi perspektivlər”)
jurnalının redaktoru Leland R. Qriqoli siyasətə və ideologiyaya müraciət edir:
“Xəyali zaman fərziyyəsi həm də çox uzun müddətdir ki, bəzi fərziyyələrin məhsuludur.
Orta Əsr tədqiqatlarını təqib etməyə davam edən canlı ruhdur. O, məsələn, bu
sahəni çoxdan müəyyən edən və Avropadan kənarda hər hansı qədim tarixin ola biləcəyini
unudan (yaxud inanmayan) millətçi avrosentrizmə əsaslanır”.
Elm
sui-qəsdə qarşı
Fantom zaman fərziyyəsi ciddi elmi iş kimi
maskalanan bir tarixə sui-qəsd nəzəriyyəsidir. Baxmayaraq ki, bu da, maraqlı
suallar doğura bilər - “Müasirlikdən əvvəlki dövrdə bəşəriyyət bir günü, bir ayı,
bir ili unuda bilərmi?” - deyə Stertevant soruşur. Bütün ağlasığmazlığına
baxmayaraq, fərziyyəni təkzib etmək də Avropa tarixi ilə bağlı bir müşkül məsələdir.
Bu qismən ona görədir ki, bu nəzəriyyələr daha çox emosionaldır; itkin üç əsrə
olan inamı faktlarla aradan qaldırmaq çətindir, çünki o, hər şeydən əvvəl,
hakimiyyətə köklü inamsızlığa əsaslanır. Jurnalist Reks Sorqats “Dezinformasiya
Ensiklopediyası” (“Энциклопедия дезинформации”) adlı kitabında qeyd etdiyi
kimi, “Hər bir tarixi inkarın etibarlı olması təsdiq tələb edir, yoxsa bütün
xronoloji sistem məhv ola bilər. Axı, Böyük Karlın varlığına nə qədər
inanmağınızın əhəmiyyəti yoxdur, önəmli olan bunu sübut edib-etməməyinizdir?”.
Maraqlı nöqteyi-nəzərdir... Amma digər tərəfdən, onun mövcud olmadığını sübut
edə bilərsinizmi?...
Mənbə: bit.ly/47vRSxa
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)