Naxçıvan
Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Naxçıvan Muxtar
Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı” təsdiq edilib.
Bununla
bağlı nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov əmr
imzalayıb. Tədbirlər Planında il ərzində konsert proqramlarının keçirilməsi,
kitabxana və muzeylərdə Naxçıvan Muxtar Respublikası-100 mövzusunda guşələrin
yaradılması, mədəni kütləvi tədbirlərin keçirilməsi, musiqi, bədii və rəsm əsərlərindən
ibarət sərgilərin və festivalların, müsabiqələrin, muzeylərlə təhsil müəssisələri
arasında interaktiv dərslərin keçirilməsi, 100 illik yubileyə həsr olunmuş hədiyyə
və suvenirlərin hazırlanması nəzərdə tutulur.
Bundan
başqa, Naxçıvan Muxtar Respublikaısnın 100 illik yubileyi ilə bağlı tamaşanın
hazırlanması, nümayiş etdirilməsi, ölkənin rayonlarına və xarici ölkələrə
qastrol səfərlərinin təşkili, “Naxçıvanın 100 mədəniyyət abidəsi” adlı albomun
hazırlanması, “Folklor Festivalı”, bədii qiraət müsabiqəsi və digər tədbirlərin
həyata keçirilməsi də planlaşdırılır.
Mənbə:
bit.ly/47GoEeW