(P.S. Alman rəssamı, çap ustası və Alman
İntibahının nəzəriyyəçisi. Nürnberqdə anadan olan Dürer, iyirmi yaşlarında yüksək
keyfiyyətli ağac oyma işləri sayəsində bütün Avropada nüfuz və təsir qazanmışdı).
Albrext
Dürerin “Əllər” tablosunu çoxları tanıyır. Ancaq bu rəsmin yaranma
tarixini az adam bilir. Düşünürəm ki, Düreri tanımayan hər kəs bu hekayəni
ömrünün sonuna qədər xatırlayacaq.
XV
əsrdə Nürnberq yaxınlığındakı kiçik bir kənddə on səkkiz uşaqlı bir ailə
yaşayırdı. On səkkiz!
Belə
böyük bir ailəni dolandırmaq üçün zərgər işləyən ata gündə on səkkiz saat işləyirdi.
O, zərgərlik emalatxanasında çalışır, həm də istənilən ödənişli işi öz üzərinə
götürürdü. Demək olar ki, ümidsiz vəziyyətə baxmayaraq, iki oğlanın bir
arzuları var idi. Onlar incəsənətdə istedadlarını inkişaf etdirmək istəyirdilər,
lakin bilirdilər ki, ataları onların heç birini Nürnberqdəki Akademiyaya
oxumağa göndərə bilməyəcək. Bir
çox gecələr boyu davam edən müzakirələrdən sonra iki qardaş
bir-biri ilə razılığa gəldilər. Onlar sikkə atmağa qərar verdilər. Uduzan mədəndə
işləməyə gedəcək və qazancı ilə qardaşının təhsilini ödəyəcəkdi. Daha sonra isə oxuyub qurtaran qardaş mədəndə
işləyən qardaşının təhsil haqqını əsərlərini satmaqla, lazım gələrsə, mədəndə də
işləməklə ödəyəcəkdi.
Qardaşlar bazar
günü səhər kilsə duasından sonra sikkə atdılar. Albrext Dürer qalib gəldi və
Nürnberqə getdi. Albert Dürer
isə təhlükəli
mədəndə işləməyə yollandı. Albert
dörd
il ərzində Akademiyadakı işi dərhal sensasiyaya çevrilən qardaşı Albrextin təhsili
üçün pul ödədi. Albrextin qravüraları, taxta üzərində oymaları və rəsmləri hətta
oxuduğu Akademiyadakı bir
çox professorlarının işindən də üstün idi. O, məzun olanda artıq işinə görə
yaxşı pul qazanmağa başlamışdı. Gənc rəssam doğma kəndinə qayıdanda, Dürer
ailəsi Albrextin zəfərlə qayıtmasını qeyd etmək üçün çəmənlikdə bayram yeməyi təşkil etdi. Musiqi və gülüşlə
dolu uzun və yaddaqalan şam yeməyindən sonra Albrextin arzusunu gerçəkləşdirmək
üçün uzun illər fədakarlıq edən sevimli qardaşına tost qaldırmaq üçün Albrext ayağa qalxdı. …Çıxışının
sonunda dedi: “İndi, Albert, mənim sevimli qardaşım, sənin növbən gəldi. İndi sən
arzularının arxasınca getmək üçün Nürnberqə gedə bilərsən, mən də sənin qayğına
qalacağam”. Hamı səbirsizliklə stolun o biri başında oturan Albertə tərəf
döndü. Onun göz
yaşları solğun sifətindən aşağı axırdı və o, hönkür-hönkür ağlayaraq başını
yırğaladı və “Yox...yox...yox...” dedi. Nəhayət ayağa qalxıb göz yaşlarını
sildi. O, çox sevdiyi insanların üzünə baxdı, sonra əllərini üzünə qaldıraraq
yavaşca dedi: “Yox, qardaş. Mən Nürnberqə gedə bilmərəm. Mənim üçün artıq çox
gecdir. Baxın! Mədəndəki o dörd il mənim əllərimə nə edib! Hər barmağımdakı
sümüklər ən azı bir dəfə qırılıb və bu yaxınlarda mənim sağ əlimdə o qədər
artrit inkişaf edib ki, stəkanı belə tuta bilmirəm, daha perqamentə və ya kətana
qələm və ya fırça ilə gözəl xətlər çəkə bilmirəm. Yox, qardaş, mənim üçün çox
gecdir”. Bu hadisədən 400 ildən çox vaxt keçib. İndi dünyanın hər bir böyük
muzeyində yüzlərlə portret, qələm rəsmləri, akvarellər, kömür rəsmləri, ağac kəsmələri
və mis oymalar asılır. Çox güman ki, siz Albrext Dürerin ən azı bir əsəri ilə
tanışsınız. Bəlkə də evinizdə və ya ofisinizdə onun əsərlərindən birinin
reproduksiyası var... Albrext bir dəfə qardaşının ona göstərdiyi bütün
qurbanlara görə hörmət əlaməti olaraq qardaşı Albertin səmaya işarə edən qabarlı əllərinin rəsmini çəkdi.
O, bu möhtəşəm tablosunu çox sadə adlandırdı: “Əllər”. Lakin bütün dünya demək
olar ki, dərhal bu şah əsərə heyran oldu və bu rəsm əsərini “Dua edən əllər” adlandırdı.
Mənbə: bit.ly/3UavaaQ
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).