Qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi - 34 il

Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən əvvəl etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni sosial həyat sürməsi lazımdır. Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki, mədəniyyətinə təsir edə bilməmişdir. 1990-cı il yanvarın 19-dan 20- nə keçən gecə xalqımıza qarşı törədilən qanlı qırğından 34 il keçir. Bu hadisə Azərbaycan xalqının və bütün tərəqqipərvər, sülhsevər bəşəriyyətin tarixinə əsrin ən qanlı hadisələrindən biri kimi düşmüşdür.

Vətən uğrunda öz sağlamlıqlarını itirən və əziz canlarından keçənlər heç vaxt unudulmamalıdır!

Azərbaycanın bütövlüyü uğrunda öz əziz canlarından keçən bütün şəhidlərimizi dərin hörmətlə anır, onlara Ulu Yaradandan rəhmət diləyirəm.

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.