Məktəbəqədər
təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər
təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi Elm və Təhsil
Nazirliyinin əsas strateji hədəflərindəndir. Bu məqsədlə nazirlik tərəfindən
alternativ modellərin tətbiqi nəzərdə tutulur. İlk dəfə həyata keçirilən
“Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da
həmin istiqamətdə görülən işlərdən biridir. Qeyd edilən proqrama 19 layihə təqdim
edilib və onlardan 16-sı qrant qazanıb.
Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran,
Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə
edir. İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən
məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində
uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb
edilməsi təmin olunacaq.
Müsabiqənin
yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid (PDF) vasitəsilə tanış olmaq
mümkündür.
Qrant
qazanmış layihələrin siyahısı:
https://edu.gov.az/uploads/news/2024/01/pilot-qrant-netice.pdf
Mənbə: https://edu.gov.az/az/news-and-updates/20766-1
Məncədə süni intellekt bəşəriyyətin inkişafında mühüm rol oynayır.
ОтветитьУдалить...məncə də... Təşəkkürlər.
Удалить