“XXI əsr pedaqoji təhsil modeli”nin yaradıcılarından biri...

 

Sinqapurda “XXI əsr pedaqoji təhsil modeli”nin yaradılmasında əhəmiyyətli dərəcədə rol oynamış mütəxəssislərdən biri də professor Tan Un Senqdir.

“Sinqapur təhsilinin fəlsəfəsi” kitabının ikinci nəşrində Tan Un Senqin fəaliyyətinə geniş yer verməyi düşünürəm. Professor Tan Un Senqin həyat yoluna qısa nəzər salar:

O, əvvəllər, “XXI əsr müəllim hazırlığı” layihəsinin həyata keçirildiyi  Sinqapur Milli Təhsil İnstitutunun müəllim hazırlığı fakültəsinə rəhbərlik edib. Qeyd etmək lazımdır ki, bu layihə həm milli, həm də qlobal miqyasda pedaqogikanın inkişafında əhəmiyyətli rol oynayıb. Tan Un Senq hal-hazırda Harvard Ali Pedaqoji Məktəb tərəfindən hazırlanan “Təhsildə Qlobal İnnovasiyalar” çağırışı üzərində işləyən Sinqapur tədqiqatçılar qrupuna rəhbərlik edir. Professor Tan Beynəlxalq Təhsil Araşdırmaları Assosiasiyasının (WERA) himayəsi altında keçirilən “Pedaqoji kadr hazırlığı sahəsində Beynəlxalq tədqiqatlar şəbəkəsi” konfransının təşkilatçısıdır. O,  Sinqapur Sosial və Humanitar Elmlər sahəsində elmi araşdırmalar ekspert komissiyasını tərkibinə daxildir. Bununla yanaşı, professor Tan Milli Təhsil İnstitutu nəzdindəki Təhsil Araşdırmaları Fondunun sədridir. 2005-2008-ci illər arasında görkəmli alim Sinqapur Təhsil Tədqiqatları Assosiasiyasına (ERAS), 2008-2010-cu illərdə Asiya-Sakit okean Təhsil Tədqiqatları Assosiasiyasına (APERA) rəhbərlik edib. Bununla yanaşı o, Koqnitiv Təhsil və Psixologiya Assosiasiyasının vitse-prezidenti olub (IACEP, 2008-2011). Professor Tan “Sprinter” tərəfindən yayımlanan “Siyasət və təhsil tədqiqatları təcrübəsi” (ERPP), eləcə də Routledge nəşriyyatının çap etdiyi “Asiyada və Okeaniyada təhsil” (APJE) jurnalının baş redaktorudur. O, parelel olaraq, Milli Təhsil İnstitutu filialının (NIE İnternational), Sinqapur Çin Dili Mərkəzinin (SCCL) direktorlar şurasına daxildir.

Professor Tan pedaqoji kadr hazırlığı, koqnitiv psoxologiya və problem-istiqamətli təlim sahəsində dünya şöhrətli ekspert kimi tanınır.

Professor Tan “İqtisadiyyatda İnnovativ Təhsil Siyasəti” layihəsinin həmmüəlliflərindəndir. Bu layihə “Novator layihə müsabiqəsi”nin (The Enterprise Challenge (TEC) Innovator Award) qalibi olmuşdur. Mükafat görkəmli alimə Sinqapurun baş naziri tərəfindən təqdim edilmişdir. 2014-cü ildə Sinqapur prezidenti professor Tanı təhsilin inkişafındakı xidmətlərinə görə gümüş medalla mükafatlandırmışdır.

Professor Tan ABŞ, Avropa, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Çin, Honq-Konq, BƏƏ, eləcə də Cənub-Şərqi Asiyada keçirilən böyük beynəlxalq konfranslarda əsas məruzəçi kimi çıxış etmişdir. O, Vaşinqtonda Milli Elm və Təhsil Fondunda insan resursları haqqında mühazirələr oxumuş, Amerika Təhsil Tədqiqatları Assosiasiyasının illik iclaslarında, İsveç Kral Elmlər Akademiyasının ev sahibliyi etdiyi beynəlxalq simpoziumda və müxtəlif beynəlxalq təhsil sammitlərində çıxış etmişdir. Professor Tan həmçinin, məsləhətçi kimi müxtəlif hökumət, beynəlxalq təşkilatlar və qlobal şirkətlərlə əməkdaşlıq edir.

Mənbə: https://bit.ly/3uzNEGK


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.