Xəbər
verdiyimiz kimi, növbəti il sertifikasiya müsabiqəsində 31min müəllimin
iştirakı nəzərdə tutulur.
Belə ki,
müsabiqədə 11290 Riyaziyyat , 1284 Azərbaycan dili (dövlət dili kimi), 12035 İngilis
dili, 5868 rus dili və ədəbiyyat üzrə (rus bölməsi) , 236 Alman dili, 322
Fransız dili müəlliminin cəlb olunması planlaşdırılır.
Sertifikasiya
iştirak etməkdən imtina edən müəllimlər də var. Bəs onların aqibəti necə
olacaq? Həmin müəllimlər məcburi şəkildə sertifikasiyada iştirak etməlidirlərmi?
Mövzu ilə
bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə müraciət edib.Mərkəzdən
bildirilib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya
sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri
saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş
hesab olunurlar.“Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə
bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin
sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə
müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir”. TehsilForumu.Az xəbər verir
ki, mövzu ilə bağlı açıqlamasında təhsil
eksperti Kamran Əsədov müəllimlərin sertifikasiya prosesinə ciddi yanaşmaları gərəkdiyini
söyləyib:“İlk növbədə qeyd edim ki, hazırda 4432 orta ümumtəhsil məktəblərində
150 minə yaxın müəllim çalışır. Müəllimlərin ilk dəfə bilik və bacarıqlarının
yoxlanılması 2014-1018-ci illərdə diaqnostik qiymətləndirmə imtahan prosesi ilə
həyata keçirilib. Yeni prosedur qayda olaraq isə müəllimlərin
sertifikatlaşdırılmasına başlanılıb". Ekspert sertifikasiyanın müəllimlər
üçün zəruri olduğunu vurğulayıb: "Düşünürəm ki, birmənalı şəkildə
sertifikasiya prosesi zəruridir. Hər kəs işin ciddiyyətini anlamalı və
hazırlıqlı olmalıdır. Məlumdur ki, müsabiqə şərtini ödəməyib, təkrar
sertifikasiyada iştirak edən və yenə məqbul bal toplamayan müəllimlərin əmək
müqaviləsinə xitam verilir". K.Əsədov onu da qeyd edib ki, müəllim əsaslı
səbəb olmadan sertifikasiyadan imtina edərsə, onunla bağlanmış müqaviləyə xitam
veriləcək: “Müəllim əsaslı səbəb olmadan sertifikasiyadan imtina edərsə, onunla
bağlanmış müqaviləyə xitam veriləcək. Düşünürəm ki, bütün müəllimlər
sertifikasiyaya cəlb edilməlidir. O demək deyil ki, onların biliklərinə şübhə
edirlər. Sadəcə olaraq uzun müdətdir ki, onların yoxlanılması həyata keçirilməyib.
Və keçirilən bu sertifikasiya imtahanları onların öz üzərilərində işləməsinə
stimul verir”.
Mənbə:
https://tehsilforumu.az/resmi/8865-sertifikasiyadan-imtina-eden-muellimler-onlari-ne-gozleyir.html
Fotonun mənbəyi:
https://www.facebook.com/photo?fbid=318968927621786&set=a.203655852486428


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)