Türkiyədə
yüksək texnologiyanın dünəndən bu günə keçdiyi yolu addım-addım göstərən,
qapılarını yerli və xarici qonaqların üzünə açan dünyada ilk insanabənzər
robotlar muzeyi vardır.
Saysız-hesabsız əsər və tətbiqləri görə biləcəyiniz bu
muzeydə dünyada ilk hadisənin şahidi ola bilərsiniz. İnkişafdan istehsala qədər
robotun yaradılması mərhələlərini təqdim edən dünyada ilk insanabənzər robotlar
muzeyi yüksək texnologiya həvəskarlarının daimi ziyarət yerinə çevrilib. Dünyanın
ilk insanabənzər robot muzeyi 2022-ci ilin dekabr ayında Türkiyənin ən böyük
metropolisi olan İstanbulda fəaliyyətə başlayan və bir ildən az müddətdə minlərlə
yerli və xarici ziyarətçini qəbul edən İstanbul Robot Muzeyidir. İstanbul
Robot Muzeyi 2009-cu ildə fəaliyyətə başlamış, 2017-ci ildə isə istehsal və tədqiqat
fəaliyyətlərini dünyanın ilk kütləvi istehsal edilən insanabənzər robotlar
istehsal edən fabrikində davam etdirən AKINROBOTICS şirkətinin bütün işlərini və
məhsullarını sərgiləmək məqsədi ilə yaradılmışdır. Bütün ziyarətçilərin
heyranlıqla gəldiyi, yeni arzular və məqsədlərlə ayrıldığı bu muzeydə siz
robotlarla saysız-hesabsız fəaliyyətə qatılacaqsınız. Quadroped robotlarının
bir tərəfdə maneəli kurslarda hərəkətini seyr edərkən, digər tərəfdən şirkətin
müxtəlif sosial robotları ilə əlaqə saxlaya bilərsiniz. Üz tanıma, yaş təyin
etmə, cinsiyyət tanıma, kimi funksiyaları olan robotlarla ünsiyyətə başlaya,
süni intellektləri sayəsində qeyri-məhdud məlumatlara sahib olan robotlarla əlaqə
qura, robotların təqlid etmə qabiliyyətləri sayəsində rəqs edə və əylənə bilərsiniz.
Bu muzeydə şirkətin istehsal etdiyi kənd təsərrüfatı
robotları, təmizləyici robotlar, ikiayaqlı robotlar, xidmət robotları kimi bir
çox robotların istehsalı və iş prinsipləri ilə tanış ola bilərsiniz. Bütün bunlara əlavə olaraq, interaktiv panellərlə
örtülmüş divarlar və döşəmələr boyunca hərəkət edərək, siz kosmosda planetlərlə
birlikdə hərəkət etdiyinizi hiss edə bilərsiniz. Açılışının ilk ilindən
İstanbul Robot Muzeyi ekspertlər qrupunun rəhbərliyi altında dünyanın hər
yerindən gələn qonaqları qarşılamağa, məlumatlandırmağa və əyləndirməyə
hazırdır... “İstanbul
Robot Muzeyi”nə hər gəlişinizlə yeni
bir sahə kəşf edəcək və innovasiyaların şahidi olacağınız. Ən əsası muzey gələcəkdə
bizi gözləyən yüksək texnologiya mərhələlərini öyrənəcəyiniz vahid ünvan olaraq
fəaliyyətini davam etdirir.
Ünvan:Gümüşpala mahallesi E-5 Yanyol Caddesi
AKINSOFT Plaza No:194 Avcılar/İstanbul/Türkiye
Mənbə:
İnstagram:
www.instagram.com/robotmuzesi
www.istanbulrobotmuzesi.com/en


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)