15 - 16
dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XVI
qurultayı keçiriləcək.
İki gün
davam edəcək qurultayın birinci günündə
“Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad
edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”,
“Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa
müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə
təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar
inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”,
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və
xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi”
mövzularında panel sessiyaları keçiriləcək.
Qurultayın
ikinci günündə isə “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə
görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və
ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin
tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin
tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət,
texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında
rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s.” mövzularında
panellər olacaq.
Qeyd edək
ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi
olaraq 5 ildən bir təşkil edilir.
Mənbə: https://edu.gov.az/az/news-and-updates/20663-1


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)